Ramil Əliyev: "Azad olunan ərazilərdə iqtisadi imkanlar genişləndirilir
İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a verdiyi özəl açıqlamada işğaldan azad olunan ərazilərdə iqtisadi imkanların artırılması istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, bu məqsədlə dövlət proqramı çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir.
"İşğaldan azad olunan ərazilərə köç edən insanların iaşə obyektləri açmalarına imkan yaradılmalıdır. Yay mövsümündə uzun müddətdir həsrət qaldığımız torpaqlara gedən insanlara həmin ərazilərdə kafe və restoran kimi iaşə obyektlərinin mövcudluğu vacibdir. Bu cür obyektlər açıldıqca iş yerlərinin sayı da artacaq," – deyə QHT sədri bildirib.
O, həmçinin qeyd edib ki, Şuşada quruculuq işləri yüksək səviyyədə aparılır, lakin daha çox iş yerlərinin açılması vacibdir. İş adamlarının Qarabağa yatırımlarını artırması ilə bölgədə toxuculuq fabrikləri və digər istehsal müəssisələrinin yaradılmasının mümkünlüyünü vurğulayıb. QHT sədri Zəngəzur dəhlizinin açılması ilə Qərbi Azərbaycana qayıdış konsepsiyasının da reallaşacağını bildirib: "Zəngəzur dəhlizi açılandan sonra həmin bölgələrdə iqtisadi canlanma daha da artacaq. Son bir ildə Qarabağda, Zəngilanda, Xankəndidə və Laçında yeni otellərin açılması ilə bölgədə yeni iş imkanları yaranır."
Sonda R. Əliyev Laçında açılan farel məkanının restoranlara xidmət göstərdiyini və bu cür obyektlərin bölgəyə iqtisadi töhfə verdiyini vurğulayıb. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat