Ramin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıb

Ramin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıbRamin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıb
Elm və Texnologiya Nazirlərinin 17-ci "Dəyirmi Masa"sı virtual formatda keçirilib.
Bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd böyük təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün elm, texnologiya və innovasiyaların inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı fikir mübadiləsinin aparılması olub. 
Dəyirmi masada çox sayda insan tələfatına səbəb olan COVID-19 qlobal pandemiyası və təbii fəlakətlərin mövcud bilik, təcrübə və məlumatların öncədən müəyyən olunması və qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılıb. Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tailand da daxil olmaqla, ümumilikdə 50-yə yaxın ölkənin nazirləri və nazir müavinlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə əsas etibarilə  beynəlxalq tədqiqat və inkişaf üzrə əməkdaşlığın rolu, sosial elmlər və humanizmlə bağlı məsələlər müzakirə olunub. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinin və rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib. Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.
Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı və digər infrastruktur dağıdılaraq zərər görüb. Ramin Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib. Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb. 
Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib:
"Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. COVID-19-la mübarizə və ölkədəki pandemiyanın təsirini minimuma endirmək üçün güclü strategiya qəbul edildi. Ölkənin elmi-texniki, texnoloji potensialı bu fəaliyyətin həyata keçirilməsinə cəlb edildi və müsbət nəticələr əldə olundu. Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi".
Nazir əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub:
"Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş "Connected Schools" layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan video konfrans xidmətlərinin göstərilməsi məqsədilə "Connected Government" reallaşdırıldı".
Ramin Quluzadə qeyd edib ki,  Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.
Ramin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıbRamin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıbRamin Quluzadə 50-yə yaxın ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışıb

Siyasi       Tarix: 04 oktyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az