Ramiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldı

Ramiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldıRamiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldı
Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi təsdiqlənib.
"Qafqazinfo"nun məlumatına görə, Prezident Administrasiyasının (PA) rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib. Sədr vəzifəsində sabiq PA rəhbəri Ramiz Mehdiyevi Samir Nuriyev əvəz edib.
Bundan başqa, Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini itirdiyi və ya dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. 
Məsələn, keçmiş Daxili işlər naziri Ramil Usubovu hazırkı nazir Vilayət Eyvazov əvəzləyib. Bundan başqa, sabiq DTX sədri, hazırda Müdafiə Sənayəsi naziri vəzifəsini daşıyan Mədət Quliyev isə Əli Nağıyevlə əvəzlənib.
Vəzifəsindən azad edilən sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin də Komissiyadakı fəaliyyətinə xitam verilib.
Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ilə yanaşı, deputatlar Bəxtiyar Əliyev və Səttar Mehbalıyev də Komissiyadan çıxarılıb. Hazırda Azərbaycanın Ukraynadakı səfiri vəzifəsini daşıyan Elmira Axundova isə vəzifə dəyişikliyi ilə əlaqədar eyni aqibətlə üzləşib.
Komissiyanın yeni tərkibində yer almayanlar arasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və Əməkdar müəllim Cəmilə Ramazanova da var.
Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi sonuncu dəfə 2016-cı ildə təsdiqlənmişdi. /oxu.az

Siyasi       Tarix: 09 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat