Ramiz Mehdiyev YAP-ın qurucularını siyasətdən didərgin saldı... - "91"lərdən olan məşhur deputatdan İTTİHAM

Ramiz Mehdiyev YAP-ın qurucularını siyasətdən didərgin saldı... - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefası təsdiqləndi.
Ramiz Mehdiyev vəzifədən uzaqlaşsa da, keçmiş "boz kardinal" haqqında ittihamlar bitib-tükənmir. İndi də onun hələ 2000-ci illərin əvvəlində – mərhum Heydər Əliyevin vəfatından sonra Yeni Azərbaycan Partiyasının (YAP) qurucu funksionerlərini siyasətdən uzaqlaşdırmağından, onları YAP-dan didərgin salmağından bəhs olunur.
KONKRET.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan YAP-ın qurucuları olmuş məşhur "91-lər"dən biri, sabiq deputat Şahlar Əsgərov Ramiz Mehdiyev haqqında deyilənlərin həqiqətə uyğun olduğunu söyləyib. Şahlar Əsgərov siyasətdən uzaqlaşdırılan YAP qurucularının adlarını da çəkib:
"2005-ci ildə III çağırış parlament seçkilərində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü və partiyanın qurucularından olan bir sıra çox siyasətçi parlamentə buraxılmadı. Bu, birdən-birə baş verdi. Asya Manafova, Zahid Qaralov, Əli Əlirzayev, Maksim Musayev, Sirus Təbrizli, mən "qara siyahı"ya daxil edildik…
O zaman hamı düşünürdü ki, bunları Ramiz Mehdiyev edir. Heydər Əliyev 2003-cü ildə artıq rəhmətə getmişdi. Ramiz Mehdiyev isə partiyanın sədri, prezident İlham Əliyevi güclü dayaqdan məhrum etmək, ətrafını zəiflətmək üçün belə addım atmışdı. O, parlamentə buraxılmayan tanınmış şəxslərin yerinə tamamilə fərqli – YAP-a zidd adamlar gətirdi".
Ramiz Mehdiyev YAP-ın qurucularını siyasətdən didərgin saldı... - Şahlar Əsgərov deyib ki, Ramiz Mehdiyev adıçəkilən məşhur YAP-çıları partiyadan, siyasətdən uzaqlaşdırmaqla kifayətlənməyib:
"Ramiz Mehdiyev əməlləri ilə həmin şəxslərin hər birinə mənəvi zərbələr vururdu. Kiminsə övladını işdən çıxardılar, kiminsə yaxınlarını vəzifədən uzaqlaşdırdılar…
Sirus Təbrizli qışda buzlu suda çimən adam idi. Onun ölümü şok və təəssüf yaratdı. Mən deyərdim ki, ölümünə yaşadıqları səbəb oldu. Ramiz Mehdiyev o dövrdə ölkədə ikinci ya da üçüncü şəxs idi ki, istənilən qurumlar üzərində söz sahibi idi. Hamısına göstəriş verə bilərdi".

Siyasi       Tarix: 21 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

İsrailin müdafiə naziri yenidən İranı təhdid etdi

İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq. xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib. Katz ABŞ və İsrailin İrana müştərək hücumlarının Tehranın strateji qabiliyyətlərin

Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir

Azərbaycan və İordaniya ümumvətəndaş pasportlarının sahibləri üçün qarşılıqlı viza rejimini ləğv edir. İordaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, müvafiq sazişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramo

Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkilərdən sonra ilk dəfə Rusiyaya işgüzar səfərə gedib. Məlumata görə, Paşinyan Rusiyaya səfəri çərçivəsində İNNOPROM-2026 beynəlxalq sənaye sərgisinə qatılacaq və sərgi çərçivəsind

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən video cəbhədən son xəbərlər 2026 havanın temperaturu cəbhədən canlı