"Ramiz Mehdiyevin çıxışı birbaşa dövlət siyasətinin əleyhinədir"

"Akademiyanın prezidenti, uzun illər siyasi fəaliyyət göstərən Ramiz Mehdiyevin dağıdıcı, marjinal, seçkilərdə uduzmuş bir qrupun leksikonu ilə çıxış etməsi onun özünün də marjinallaşması anlamına gəlməkdədir. Dövlətin Təhlükəsizlik Şurasının üzvünün Milli Məclisinin deputatlarını "trol", "saxta" adlandırması heç bir siyasi məntiq və təcrübəyə, dövlətçiliyə sığmır və biz buna görə çox təəssüf edirik".
KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, tarixdə parlament, deputatlar haqqında bu cür düşünənlər, danışanlar hər zaman olub:
"İtaliya diktatoru, faşist Benito Mussolini demişdi ki, İtaliyanın xilası naminə bir neçə deputatı güllələmək lazım olduğuna həmişə əmin olub. Sonda Mussolinin özünü xalq güllələdi və İtaliyanı xilas etdi. Amma onlar hər zaman yanılıblar və uduzublar. Parlament cəmiyyətdə hər zaman tənzimləyici funksiya daşıyıb. Parlament cəmiyyətin güzgüsüdür. Cəmiyyətin sağlam qüvvələrini düşündürən məsələlər, onları narahat edən nüanslar deputatlar tərəfindən dilə gətirilir. Cəmiyyət bir çox hallarda bunu görə bilməsə də, demək olar ki, bütün məsələlər barədə daxili müzakirələr aparılır, dövlətin güclənməsi, insanların maddi-rifah halının, sosial yaşayış tərzinin inkişafı üçün parlamentdə daim iş aparılır. Prezident 10 mart 2020-ci ildə Milli Məclisdə çıxışında bildirib ki, Milli Məclis, onun deputatları, rəhbərliyi ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynayıblar, parlament tərəfindən qəbul edilmiş qanunlar bizim uğurlu inkişafımızın hüquqi bazasını gücləndirib.
Dövlət və dövlətçilikdən daim yana olan ali dövlət qurumu haqqında, onun üzvü olan deputatlar haqqında "trol", "saxta" kimi aşağılayıcı terminlərdən istifadə etməyin tək məqsədi ali dövlət orqanını gözdən salmaq, parlamentin cəmiyyətdəki tənzimləyici funksiyasını pozmaq, dövlətçiliyi zədələmək və son nəticədə vətəndaşları fəlakətə sürükləməkdir. Bu, birbaşa dövlət siyasətinin əleyhinə olmaqdır. Biz bu fikir senarilərinin son nəticədə nəyə nail olduqlarını bir neçə ölkədə gördük.
Bu çox təhlükəli bir senaridir və çox dağıdıcı bir fikirdir. Dünən Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumatda bu termin və fikirlərə rast gəlinməsi bizi çox təəccübləndirdi və təəssüfləndirdi. İstənilən bir sağlam tənqid inkişafın və təkamülün xeyrinədir. Sağlam tənqiddən nəticə çıxarmaq, ictimai fikirlə hesablaşmaq xalqını və dövlətini düşünən hər bir kəsin milli vəzifəsidir. Amma bunun əksinə, sağlam tənqidçıləri, sağlam və düzgün yol göstərənləri təhqir etmək, onları aşağılamaq heç kimə uğur gətirməyib və bu halda da gətirməyəcək. Bu yolun sonu faciədir".

Siyasi       Tarix: 12 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xabar maraqlı xəbərlər ən son xeberler cəbhədən görüntüleri