Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
İnzibati qaydada həbs edilən sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayev Daxili İşlər Nazirliyinin Binəqədi rayonu ərazisində yerləşən inzibati həbs olunanların saxlama Mərkəzində saxlanılacaq.
Open.az xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə 15 sutka müddətinə inzibati həbs cəzası verilən hər iki şəxs qandallanaraq Mərkəzə aparılıb.
Xatırladaq ki, bu gün İ.Əliyevin və qudasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Məhkəmə qərarına əsasən, o və qudası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib, hərəsi 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər. Onlar karantin rejimi qaydalarını pozaraq toy etdiklərinə görə cəzalandırılıblar.
İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.(report)

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal