Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır

Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanır"Mənim iki azyaşlı qızımın qanının batmasına imkan verməyin. Hamı bilir ki, qızlarımın oğurlanması və bu günə qədər cinayətin üstünün açılmaması birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır".
KONKRET.az xəbər verir ki, bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırO bildirib ki, övladları – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu cinayətin Ramiz Mehdiyevlə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur:
"Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları rəisin müavini Məmmədmusaya təhvil verib. Lakin Ağır Cinayətlər Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – red.) hakimi Əhməd Quliyev Məmmədmusanı sona qədər müdafiə etdi, onunla bağlı araşdırma aparılmasına imkan vermədi.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırƏhməd Quliyev
Qapımıza gətirib qoyduqları meyitin ekspertizasını guya Rusiyada keçirmişdilər. Biz meyitə baxış keçirdik və dedik ki, bu, bizim övladımızın meyiti deyil. Meyiti özləri aparıb dəfn etdilər. Ekspertiza rəyində Rusiyadakı ekspertiza bürosunun telefon nömrəsi göstərilmişdi. Həmin nömrəyə zəng etdim, dedilər ki, belə bir rəy verməyiblər. Bundan sonra Rusiyada yaşayan qohumumu həmin ekspertiza bürosuna göndərdim. Ona bildiriblər ki, meyitdən nümunələr götürüb ekspertiza edə bilərlər, bunun üçün 3 min dollar tələb ediblər. Mən isə qapımıza qoyulmuş, sonradan aparılıb dəfn edilmiş meyitin ekshumasiyası üçün vəsatət qaldırdım. Vəsatətim təmin edilmədi. Bütün bunlar cinayətin izlərinin ört-basdır edilməsi idi. Bu addımları o dövrdə kim ata bilərdi? Ramiz Mehdiyev və onun kürəkəni İlham Şabranın Kilvar kəndindəki imarətlərinə düz bizim kəndin ortasından gedib-gəlirdilər. Qızlarım oğurlandıqdan sonra onların Şabran Rayon Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) şöbəsindəki sənədləri də yerli-dibli yoxa çıxıb. Bunu kim edə bilərdi?"
Zamir Məcidov qızlarının oğurlanması və onların izlərinin itirilməsi faktlarının Ramiz Mehdiyevin cinayət işi çərçivəsində araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət edib.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırRamiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırŞabranda müəmmalı itkinlər zənciri
Son 20 ildə Şabran rayonunun dağ kəndləri olan Dağbilici və Qələgahdan ardıcıl şəkildə müəmmalı itkin xəbərləri yayılıb. Bu iki kənddən dörd nəfər – iki azyaşlı qız, bir qadın və bir ailə başçısı izsiz-soraqsız yoxa çıxıb.
Maraqlıdır ki, itkin düşən şəxslərin hamısının Şabran Rayon Qeydiyyat Şöbəsindəki sənədləri də sonradan yoxa çıxıb. 2005-ci ilin mayında Dağbilici kəndində ilk qorxunc itkin hadisəsi baş verir. Kənd sakini, 35 yaşlı Diləfruz Daşdıyeva axşamçağı həyətdə çörək bişirərkən yoxa çıxır.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırAilə və kənd sakinləri onu axtarsa da, heç bir iz tapılmır. Polisə müraciət edilir, lakin istintaq real nəticə vermir. Həmin dövrdə Şabran Rayon Polis Şöbəsinin rəis müavini olan Məmmədmusa Hüseynov Diləfruzun anası Hürü Daşdıyevaya qızının guya Qələgah kənd sakini, çoban Təvəkkül İsmayılov tərəfindən evlənmək məqsədilə qaçırıldığını deyir. Ancaq Çiçi kəndinə gedən ana bunun yalan olduğunu öyrənir. Daha sonra Məmmədmusa Hüseynov Daşdıyevlərin evinə gələrək Diləfruzun pasportunu və fotolarını götürür, sonradan isə sənədlərin cırılıb atıldığını bildirir.
İki azyaşlı qızın oğurlanması və dəhşətli etiraflar
2007-ci ilin avqustunda Dağbilici kəndi daha ağır cinayət xəbəri ilə sarsılır. Zamir Məcidovun iki azyaşlı qızı – Nailə və Reyhanə böyürtkən yığmağa gedir və bir daha geri qayıtmır. Şahid ifadələri və istintaq materiallarına görə, qızlar Ənvər Müslümovun çobanı Təvəkkül İsmayılov tərəfindən oğurlanıb.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırTəvəkkül İsmayılov sonradan istintaqda və məhkəmədə etiraf edərək Məcidova bacılarını və Diləfruz Daşdıyevanı Məmmədmusa Hüseynova təhvil verdiyini bildirib. Buna baxmayaraq, Məmmədmusa Hüseynov istintaqa cəlb olunmur.
Hakim Əhməd Quliyev zərərçəkənlərin bütün vəsatətlərini əsaslandırmadan rədd edir. Nəticədə Təvəkkül İsmayılov ömürlük həbs cəzası alır, digərləri isə yüngül cəzalarla azadlığa buraxılır.
Şahidlərin və əsas fiqurların müəmmalı ölümü və itkin düşməsi
Qızların oğurlanmasının əsas şahidi olan Qələgah sakini Rahib Qəniyev sonradan kənd ərazisində göldə boğularaq ölür. İstintaq ölümün kriminal olmadığını iddia etsə də, ictimai şübhələr qalır. 2023-cü ildə isə vaxtilə bu işdə adı keçən ferma sahibi Ənvər Müslümov izsiz-soraqsız yoxa çıxır. Onun itkin düşməsi ilə bağlı CM-in 125-ci maddəsi ilə cinayət işi açılsa da, bu qərarın nəyə əsaslandığı bilinmir.
Ramiz Mehdiyevin kürəkəninin adı iki azyaşlı qızın oğurlanması cinayətində hallanırZamir Məcidov hesab edir ki, bütün bu cinayətlərin arxasında güclü və toxunulmaz bir şəbəkə dayanır.
O, Musavat.com-a bildirib ki, qızlarının oğurlanması Ramiz Mehdiyevin nəvəsinin səhhətində yaranmış ciddi problemlərlə eyni dövrə təsadüf edib və bunun təsadüf olmadığını düşünür.
"İllərdir gözümüz qapıdadır. Qızlarımızdan bir soraq gözləyirik", – deyə Zamir Məcidov deyib.

Hadisə       Tarix: 07 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı

Ucarda sərnişin avtobusu yanıb. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olar "İkarus" markalı sərnişi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler