Ramiz Novruzun qızından etiraf: "Atam 100 dolları belə tapa bilmirdi

Ramiz Novruzun qızından etiraf: Mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist-vizajist Şəfəq Novruz yeni açıqlamaları ilə gündəmə gəlib.
azxeber.com Yenisabah.az-a istinadən xəbər verir ki, Sura Hüseynin təqdimatında "YouTube" layihəsinin qonağı olan vizajist çətinliklərlə dolu sənət yolundan danışıb. Ş.Novruz vaxtilə heç kəsin ona dəstək olmadığını açıqlayıb:
"Bəzən məndən soruşurlar ki, bu sənətdə sizə kim dəstək olub? Cavab verirəm ki, nənəmin hinduşkaları. Çünki ilk dəfə Gənclik salonunda çalışmaq üçün məndən pul istəyirdilər, 100 dollar lazım idi, amma mənim atam çox kasıb idi, heç o 100 dolları belə tapa bilmirdi. O vaxt nənəm məni məcbur tez ərə verdiyinə görə günahlarını yumaq istəyirdi. O, aparıb cücələrini, hinduşkalarını satmışdı, pulunu gətirmişdi, bir az da atam kömək etmişdi.
Mən nə qədər pulsuz insana çörək yox, çörək zavodu vermişəm. Həqiqətən, birinə çörək verməklə, çörək zavodu vermək başqa şeydir. Amma mənim özümə o 100 dolları verməsəydim, salonun qapısından giriş belə qəti qadağan idi.
Elə tələbələrim var ki, onları tam təmənnasız götürmüşəm, ürəyimin içini vermişəm, öyrətmişəm, işlə təmin etmişəm və müştəri bazası vermişəm. Biri var pulunu alıb öyrədirsən və deyirsən ki, sağ ol, amma biri də var öyrədirsən, işlə təmin edib, üstəlik, müştəri bazası verirsən".
Ş.Novruz salon sahibi olmağın heç də asan olmadığını etiraf edib:
"Pul insanı çox dəyişən bir şeydir. Məni isə dəyişmədi, elə həmin Şəfəqəm. Vaxtilə işlədiyim salonlarda mənim bu gün davamçılarıma, tələbələrimə, komandama verdiyim dəyərin üçdə biri verilsə idi, vallah, özüm salon açmaq qərarına gəlməzdim. Çünki nəyimə lazımdır? Elə bilirsiniz ki, salon açmaq asandır? Bilirsiniz, mən nə gündəyəm? O vaxt necə baxımlı Şəfəq idim, indi isə həmin baxımdan əsər-əlamət qalmayıb, bütün fikrim-zikrim salonumun gözəl görünməyidir. İndi ancaq salonumun səliqəsi, ustaların problemi, sosialı, qazı, işığı, o usta niyə yağlı başla gəldi, bu xadimə təmiz görünsün dərdi hərəsi bir tərəfdən məni düşündürür.
Tək canım olsaydı, işləyib yarı pulumu alıb gedəcəkdim. Bu gün mən hansısa salonda usta kimi işləyib 50 faiz pulumu alsaydım, elə müdirlə eyni pulu almış olacaqdım. Çünki müdriyyətin çox problemi olur".

Şou Biznes       Tarix: 15 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla


yeni xeberler son xeberler azerbaycan xeberleri meherremlik 2026 son xeberler bu gun azerbaycan son xeber bugun sonxəbərlər