Rasim Balayev: "Elxan Qasımovu oğlu "yıxdı"
"Elxan oğlundan sonra ayağa qalxa bilmədi. Hər gün qəbiristanlığa gedirdi. Yüksək səviyyədə əməliyyat olundu. Biz onun sağalacağına ümid edirdik. Amma o, elə oğlunun adını çəkib, "Samir", – deyirdi. Axırda getdi Samirin yanına…".
KONKRET.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında hazırda Elxan Qasımovun vida mərasimində iştirak edən Xalq artisti Rasim Balayev deyib.
Aktyor bu gün həm də yaxın dostunu itirdiyini bildirib. Rasim Balayev Elxan Qasımovun Azərbaycan incəsənəti və mədəniyyəti üçün önəmli fiqur olduğunu da vurğulayıb.
Məlumat üçün bildirək ki, bu ilin mayında 78 yaşlı Elxan Qasımovun səhhətində problemlər yaranıb. O, bir müddət əvvəl qarın aortası anevrizması diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Əməkdar artist bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Elxan Qasımov bu gün Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var