Rasim Balayevə yüksək vəzifə verilə bilər

Rasim Balayevə yüksək vəzifə verilə bilərRüstəm İbrahimbəyovun vəfatından sonra boş olan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədrliyinə namizəd müəyyənləşib.
azxeber.com xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu bildirib.
Onun sözlərinə görə, qurumun İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdil qərarla Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb.
B.Vəziroğlu vurğulayıb ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsini tutan R.Balayev Azərbaycan kinosunun brendidir və alternativi yoxdur: "Rasim müəllim ittifaqın sədri olmağa bir az tərəddüd edirdi. Dedi ki, yaşlıyam, səhhətimdə də problemlər var, amma biz razılaşmadıq. Bildirdik ki, ittifaqın yaşaması və inkişafı üçün onun kimi rəhbərə ehtiyac var. İdarə Heyətinin bütün üzvləri Rasim Balayevin namizədliyini dəstəklədi. O, seçkidə sədrliyə tək namizəd olacaq".
Məlumata görə, mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-nə qədər olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.
Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə R.Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.

Sosial       Tarix: 06 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler