Ravvin Zamir İsayevin "Yated Neeman" qəzetində geniş müsahibəsi dərc olunub - FOTO

Ravvin Zamir İsayevin Azərbaycan Gürcü - Sefarad yəhudiləri dini icmasının sədri Ravvin Zamir İsayevin İsrailin ən nüfuzlu qəzetlərindən biri olan "Yated Neeman" (100,000 lik tiraj) qəzetində geniş müsahibəsi dərc olunub.
Müsahibədə Azərbaycanın İsraildə açılacaq səfirliyinin iki xalq və dövlətlər arasındakı dostluq, qardaşlıq və əməkdaşlığa verəcək töhfələri haqqında, həmçinin Azərbaycanın multikultural dəyərləri haqqında geniş məlumat verilib: 
"Azərbaycanın İsraildə səfirlik açmağı haqqında xəbər bizi çox sevindirir, bütün bu illər ərzində ölkələr arasında münasibətlər hər zaman çox yüksək səviyyədə olub və məncə bu hadisə tək Azərbaycan yəhudi icması üçün deyil bütün Azərbaycan vətəndaşları üçün sevindirici haldır.
 Azərbaycan səfirinin İsraildə yaşaması və orada baş verənləri yaxından anlamasının böyük üstünlüyü var.
 O, ehtiyacları anlamaq və münasibətləri daha da inkişaf etdirmək üçün İsraildə müxtəlif rəsmilərlə gündəlik görüşə biləcək.
Bundan əlavə, heç bir şübhə yoxdur ki, bu, turizmə də çox böyük töhfə verəcək. Azərbaycandakı yəhudi icması olaraq bizim üçün bu çox vacibdir, əminik ki, yaradılacaq səfirlik iki ölkə arasında münasibətləri daha da gücləndirəcək, daha yüksək səviyyəyə çatdıracaq. 
Ümumiyyətlə, Azərbaycan yəhudilərə və yəhudiliyin qorunub saxlanmasına hər zaman dəstək olub, və buna görə də, Sovet İttifaqının əksər ölkələrindən fərqli olaraq, burada yəhudilik kommunist rejiminin ən ağır günlərində belə tam unudulmayıb.
Bütün dinlər və xalqlar üçün bu tolerantlıq illər boyu qorunub saxlanılıb. Mən burada kipa, (yəhudi milli baş örtüyü) ilə küçədə problemsiz gəzə bilirəm.
Azərbaycan müxtəlif dinlərin qorunub saxlanması sahəsində bütün dünyaya örnəkdir".
Ravvin Zamir İsayevin Ravvin Zamir İsayevin Ravvin Zamir İsayevin / azxeber.com

Sosial       Tarix: 06 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler cəbhədən şad xəbər valyuta mezennesi 2026 sosial yardim