Rayonlara intensiv yağış yağır, çaylardan sel keçib - FAKTİKİ HAVA
"Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir".
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Qeyd olunub ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.
A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib:
"Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir.
Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir". / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü