Rəcəbov və Məmmədyarov nüfuzlu turnirdən kənarda qaldı
Dünya çempionu Maqnus Karlsenin şahmat tarixində ilk dəfə təşkil edəcəyi internet-turnirin bütün iştirakçıları müəyyənləşib.
Norveçli qrossmeysterin aprelin 18-də start götürəcək yarışda FIDE (Beynəlxalq Şahmat Federasiyası) reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıları görmək istəyi gerçəkləşməyib. "8-lik"dəki zəka sahiblərindən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), ermənistanlı Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və İran şahmatının parlayan ulduzu Alireza Firuzca (21-ci yer) dəvət olunub.
Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq. FIDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun kənarda qalmalarının səbəbi məlum deyil.
İki həftə davam edəcək turnir dairəvi sistem üzrə başlayacaq. Əvvəlcə hər bir iştirakçı arasında görüş keçiriləcək. Daha sonra liderlər "pley-off" oynayacaqlar. 250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq. (report) /publika.az
Xidmetler [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır