"Regionda vəziyyət hər an gərginləşə bilər" - Polkovnikdən AÇIQLAMA

Ermənistanın son günlər sərhəddə təxribatlar törətməsi adi hal alıb. "Humanitar fəlakət" adıyla başladıqları şounun ardınca atəşkəsi pozan düşmən ölkə həm də Laçın sərhəd-keçid məntəqəsi həndəvərinə silah-sursat daşıyır. Bu isə yeni təxribatlara hazırlıqdan xəbər verir.
Mövzunu KONKRET.az-a şərh edən polkovnik Şair Ramaldanov ermənilərin hər bir təxribatına layiqli cavab veriləcəyini deyir:
"Ermənilər və onların havadarları dövlət sərhədində və Qarabağ iqtisadi rayonunda vəziyyəti gərginləşdirmək üçün yeni təxribatlar hazırlayır. "Humanitar yük" adı altında təxribata əl atıblar və sərhədə 22 TIR gətiriblər. Çox maraqlıdır, dəhlizin işlədiyi 3 il ərzində bu sayda yük maşını Qarabağa göndərilməyib. Amma indi birdən-birə 22 TIR-ın Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına toplanması onların çirkin planından xəbər verir.
Maşınların sərhəddən buraxılmayacağını yaxşı bilsələr də, yenə bu addımı atıblar. Amma ermənilərin gərginlik yaratmaq oyunu Azərbaycanın diqqətindən yayınmayıb və karvanın Qarabağ ərazisinə buraxılmasına icazə verilməyib. Bir dövlətdən digər dövlətə yüklərin keçirilməsi üçün müəyyən beynəlxalq normalar mövcuddur. Qarabağ erməniləri təklif olunan Ağdam – Xankəndi marşrutundan imtina edirlər. Onlar bununla məsələni bir qədər də qəlizləşdirirlər. Ermənilər çalışırlar ki, Azərbaycana qarşı təzyiq mexanizmlərindən istifadə etsinlər.
Lakin Azərbaycan çox soyuqqanlılıqla bütün məsələləri izləyir və öz mövqeyini müdafiə edir. İndi Azərbaycan Bərdə – Ağdam – Xankəndi marşrutunu təklif edəndən sonra Qarabağdakı erməni silahlı birləşmələri atəşkəsi mütəmadi pozurlar. Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində əlavə qüvvələr cəmləşir, texnika gətirilir və şəxsi heyətin sayı çoxaldılır. Sözsüz ki, onların məqsədi təxribat yaratmaqdır. Bilirlər ki, Azərbaycan tərəfi onların təxribatını cavabsız qoymayacaq və adekvat addımlar atacaq. Bu təxribatlarla Ermənistan sülh müqaviləsinin bağlanmasını təxirə salmaq niyyəti güdürlər.
İndiyə kimi Moskva, Brüssel və Vaşinqton platformalarında müəyyən irəliləyiş əldə edilmişdi. Amma Ermənistan bununla razılaşmır və təxribatından qalmır. Onun qeyri-konstruktiv mövqeyinə isə heç kim irad tutmur. Rusiya ümumiyyətlə sülh müqaviləsinin əleyhinədir və onu tələsik müqavilə hesab edir. Onların mövqeyi artıq bəllidir. Avropa hələ də ermənipərəst mövqedən çıxış edir. ABŞ isə orta xətt tutub. Onlarda da Ermənistana rəğbət hiss olunur. Deməli, bu platformalarda sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər formal olaraq keçirilib. Sadəcə həmin dövlətlər öz varlıqlarını ortaya qoymaq istəyirlər və regionda maraqlarını təmin etmək niyyətindədirlər".
Ş.Ramaldanov hesab edir ki, regionda vəziyyətin gərginləşməsi ehtimalı böyükdür:
"Ermənistanın irimiqyaslı təxribata əl atması gözləniləndir. Lakin Azərbaycan tərəfi özünü müdafiə etmək üçün bütün təxribatların qarşısını alacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 avqust 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər