Regionlarda icbari tibbi sığorta: Vətəndaşlar hansı problemlərlə üzləşir?

Regionlarda icbari tibbi sığorta: Vətəndaşlar hansı problemlərlə üzləşir?</p> 
 <p>2021-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Artıq 3 ildir ki, insanların icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 3 mindən çox xidmətindən istifadə etməyə başlayıb. Buraya ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ixtisaslaşdırılmış ambulator yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətləri daxildir.
İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. İcbari tibbi sığorta, həmçinin səhiyyə infrastrukturunun yaxşılaşmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xərclərin daha səmərəli istifadəsinə, inklüzivliyin təmin olunmasına xidmət edir.
Ancaq Azərbaycanda ictimaiyyət arasında icbari tibbi sığorta ilə bağlı fikirlər birmənalı deyil, bəzi vətəndaşlar, xüsusilə regionlarda yaşayan insanlar bu xidmətdən istifadə etməkdə çətinlik çəkdilərini bildirirlər. Regionlarda xəstəxanaların icbari tibbi sığortadan istifadə etmək istəyən vətəndaşları gecikdirməsi, onlara çətinlik yaratması barədə xəbərlər yayılır.
Problemlərin sırasına növbələrin çoxluğu, tibbi personalın bir qisminin köhnə streotiplərdən azad ola bilməməsi, bir neçə yerdə çalışanların hər bir əməkhaqqına görə ayrılıqda icbari tibbi sığorta haqqı ödəməsi, regionlarda müvafiq tibbi personalın və avadanlıqların çatışmazlığı və sair daxildir.
Regionlarda icbari tibbi sığorta: Vətəndaşlar hansı problemlərlə üzləşir?</p> 
 <p>KONKRET.az xəbər verir ki, modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli isə deyir ki, Bakı şəhərinə, böyük şəhərlərə nisbətən regionlarda tibbi sığorta daha yaxşı işləyir: "Bu da onunla əlaqədərdir ki,regionlarda özəl tibbi müəssisələr, tibbi klinikalar məhdud şəkildədir. Əhalinin imkanları da aşağı səviyyədədir. Amma bir çox hallarda əhalinin əsasən ağır əməliyyatlarda həkimlərin əlavə vəsait tələb etməsindən şikayətlər var".
İcbari sığorta ilə bağlı əsas məsələlərdən biri də həkimlərin maaşıdır. Ekspert deyir ki, Bakı şəhərinin sığorta tətbiq edilən xəstəxanalarında müalicədə problem yoxdur, müayinə edirlər, resept yazırlar.
"Xoşagəlməz halların səbəblərindən biri odur ki, əvvəllər bir əməliyyatdan həkim 2000-3000 pul alırdı. İndi sığortada həkimə 150 manat vəsait verirlər. Yəni, bu sığorta təminatının zəifliyi ilə əlaqədərdir. Tibbi sığorta zamanı həkimə normal əziyyət haqqı verilməlidir. Onun əziyyətinin haqqı ödənilməlidir. Həkim əməliyyatdan 3000 alırdısa, bundan tibb bacılarına, digər xərclərə pul verirdi. Özünə 1000 manat pul qalırdı. İndi sığorta həkimə daha az pul verir. Bu da sığortanın maliyyə bazasının zəifliyi ilə əlaqəlidir. Bu gün vətəndaş olaraq düşünürük ki, biz heç nəyi ödəməyək amma sığortalı xəstəxanada müalicə alaq. Bu da yanlış yanaşmadır".
Qeyd edək ki, daha əvvəl Milli Məclisin deputatları icbari tibbi sığorta ilə bağlı bir sıra təkliflər səsləndirib. Təkliflər əsasən Xidmətlər Zərfinin genişləndirilməsi ilə bağlıdır. Parlamentin ötən ay keçirilən iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir:
"154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır".

Sağlamlıq       Tarix: 09 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber xeberler bu qun beynelxalq bank mezenne son xəbərlər