Reha Muhtarın qızı: 10 yaşımda atamın yanında spirtli içki aludəçisi oldum
Türkiyəli tanınmış aparıcı Reha Muhtarın 14 yaşlı qızı atası haqqında səsləndirdiyi fikirlərlə gündəm olub.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial media hesabından video yayımlayan qız, atasının evinə dönmək istəmədiyini deyib.
O, 10 yaşında atasının yanında spirtli içki aludəçisi olduğunu deyərək hər kəsi təəccübləndirib:
"Məni atama verməyin, ora dönmək istəmirəm. O insanla heç kəs yaşamaq istəməz. Mən onun yanında qalanda 10 yaşımda spirtli içkiyə qurşandım. Sərxoş halda məktəbə gedirdim. Atam bunu anlamırdı belə, anlayanda da heç bir tədbir görmədi. Özümü öldürmək üçün dəfələrlə cəhd etdim, psixiatrik xəstəxanalara getdim. Mən bütün pis vərdişlərimi atamla yaşayanda öyrənmişəm. Bunları hansı qız uşağı yaşamaq istəyər?".
Xatırladaq ki, Reha Muhtar və aktrisa həyat yoldaşı Deniz Uğur boşandıqdan sonra uşaqlar atada qalıb. Daha sonra qızı anası ilə yaşamağa başlasa da oğlunun qəyyumluğu ataya verilib. Bir neçə ay öncə sərxoş halda evində yıxılaraq xəsarət alan Reha Muhtar xəstəxanada olarkən, keçmiş həyat yoldaşı Deniz Uğur məhkəməyə müraciət edərək oğlunun qəyyumluğunu alıb və uşaq anaya verilib.
Aysel

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək