Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA

Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMAAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsini icra edən Vazeh Əsgərovun həmin ali təhsil müəssisəsində ikinci ali təhsil alması ilə bağlı iddialar yayılıb. 
İddialara görə, o, energetika mühəndisliyi üzrə təhsil alır.
Modern.az iddia ilə bağlı Vazeh Əsgərovla əlaqə saxlayıb. 
O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Belə bir şey yoxdur. Mən 14 il təhsil almışam, 4 il Azərbaycanda bakalavr pilləsində oxumuşam, 10 il isə xaricdə. Yayılanlar hamısı boş söhbətlərdir".
Qeyd edək ki, Vazeh Əsgərov 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-cı ildən UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb. 
O, 2023-cü il iyul ayının 13-də Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri ilə Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru təyin edilib və ona ADNSU-nun rektoru vəzifəsini icrası tapşırılıb.
Xatırladaq ki, ADNSU-nun əvvəlki rektoru Mustafa Babanlı 2023-cü ildə vəzifəsindən azad edilib və onun yerinə hələlik təyinat olmayıb. / azxeber.com

Sosial       Tarix: 14 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Klinikasında

İyunun 11-də elm və təhsil naziri Emin Əmrullayev və səhiyyə naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və Qarabağ Universitetinin Klinikasına rəsmi səfər ediblər. Səfər çərçivəsind

İpoteka götürmək istəyənlərə şad xəbər - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə Azərbaycanda yaş həddinin artırıldığı və artıq 70 yaşdan yuxarı şəxslərə, hətta 73 yaşa qədər vətəndaşlara da kredit verildiyi ilə bağlı məlumatlar yayılıb. Müzakirələr xüsusilə pensiyaçıla

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Minimum pensiya və maaşlarla bağlı MÜHÜM PROQNOZ: Nə vaxt artırılacaq?

Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələs

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə

Azərbaycanda əhalinin gəlirləri artdı

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artıb. xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin ümumi gəlirləri 37 milyard 699,8 milyon manat təşkil edib. Bu göstərici ötə

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı müzakirələr davam edir. Deputat Vüqar Bayramov bildirib ki, bu məsələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı sonxabar krimnal xeber ensonxeberler