"Rəqibim erməni olsaydı, onu "yeyərdim" - Azərbaycan kikboksçusu
"Azərbaycan və Türkiyə bayraqlarını bütün dünyada dalğalandırmaq istəyirəm. Hər ikisi mənim bayrağımdır".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın peşəkar kikboksçusu Toğrul Məmmədov Türkiyənin Kocaeli şəhərində keçirilmiş türk ölkələrinin beynəlxalq turnirində qızıl medal qazanması barədə danışarkən deyib.
"Bozqurd" ləqəbli idmançı növbəti hədəfinin dünya çempionluğu olduğunu bildirib:
"Məni sevən, dəstəkləyən, üstümdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. "Bozqurd" artıq rinqdədir. Qələbələrimi davam etdirib, dünya çempionu olmaq istəyirəm".
10 yaşından kikboksla məşğul olduğunu söyləyən Məmmədov bu idman növünü çox sevdiyini vurğulayıb:
"Əvvəlcə dostlarım məşğul olmağa başladı. Sonra mənim də diqqətimi çəkdi. 1-2 dəfə məşqə getdikdən sonra tamamilə kikboksla məşğul olmağa başladım. Ailəm də məni dəstəkləyir. Azərbaycanda bu idmanı sevən insanlar çoxdur. Hazırda ölkəmizdə V İslam Həmrəyliyi Oyunlarına hazırlıq gedir. Orada iştirak edəcək yoldaşlarıma uğurlar arzulayıram".
O, Ermənistan təmsilçisi ilə qarşılaşmaq istədiyini əlavə edib:
"Rəqibim erməni olsaydı, onu "yeyərdim". Belə bir döyüş təşkil edilsə, əla olar. Qarabağdakı qələbəni mən də rinqdə erməni üzərində qazanmaq istərdim". Report.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi