Rəşad Dağlı amnistiyaya düşə bilərmi? - AÇIQLAMA

Rəşad Dağlı amnistiyaya düşə bilərmi? - AÇIQLAMA Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. Hökmə əsasən, o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarı bəlli olandan sonra, sosial şəbəkələrdə hökmlə bağlı müzakirələr aparılır.
Meyxanaçının belə cəza almasına üzülənlər də var, cəzanın yüngül olduğunu düşünənlər də.
Ancaq unudulan bir məqam da var: cinayət heç vaxt cəzasız qalmır!
Bundan başqa, Rəşad Dağlının amnistiyaya düşüb-düşməyəcəyi ilə bağlı müzakirələr də aparılır. Bir çoxu onun tanınmış meyxanaçı olması fikrini irəli sürür və buna görə gələcəkdə vaxtından əvvəl azadlığa çıxa biləcəyini ehtimal edir.
Bu söz-söhbətlərdə ən çox müzakirə olunan məsələ isə onun cəzasının sonluğunda yer alan 6 aylıq müddətdir. Bəziləri isə iddia edir ki, əgər cəzada 6 aylıq müddət varsa, həmin şəxsə amnistiya aktı tətbiq edilə bilməz.
Məsələyə Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Toğrul Vəliyev münasibət bildirib. O, "qafqazinfo"ya açıqlamasında cəzanın sonluğunda yer alan 6 aylıq müddətlə bağlı müzakirələrin əsassız olduğunu qeyd edib:
"Hər hansı bir cəza təyin olunarkən cəzanın sonluğunda 6 ay və ya hər hansı bir ay olaraq əlavə edilibsə, belə fikirləşirilir ki, həmin şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə və ya amnistiya aktı tətbiq oluna bilməz. Xeyr, bu belə deyil. Çünki cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən Cinayət Məcəlləsinin 76-cı maddəsinə istinad edilir. Xüsusi ilə ağır olan cinayətə görə məhkum edilmiş şəxs cəzasının 3/4 hissəsini çəkdikdən sonra, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər.
Amnistiya gəlincə, bu, elə bir formada qəbul edilib ki, onun müəyyənləşdirilmiş dairəsi var. Bu da Cinayət Məcəlləsinin 81-ci maddəsində öz əksini tapıb. Həmin maddədə deyilir ki, cinayət törətməyə görə məhkum olunmuş şəxslər cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Bundan başqa, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər".
Vəkil eyni zamanda, Rəşad Dağlı ilə bağlı hökmə də münasibət bildirib:
"İki maddə üzrə təyin edilən cəza var. 120.1-ci maddəyə əsasən, 9 ildən 14 ilədək cəza nəzərdə tutulur. 228.4-cü maddədə isə əlavə cəzalar da var. Azadlıqdan məhrumetmə ilə bağlı bir ilədək cəza nəzərdə tutulub. Hər iki maddə üzrə cəzalar toplanılıb və 9 il 6 aylıq həbs müdddəti təyin edilib. Təyin edilən cəza maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddinə daha yaxındır. Amma 9 il 6 ay yüngül cəza deyil. Fikrimcə, maddənin ağırlığı nəzərə alınaraq təyin edilmiş cəzadır".
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz avtomobilində görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib. / azxeber.com

Sosial       Tarix: 29 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi