Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEORəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO
Şou aləmi 2022-ci ildə həm də çal-çağırı ilə yadda qaldı. Demək olar ki, bu ilin hər ayı məşhurların övladlarının xeyir işi oldu. Kimi oğlunu evləndirdi, kimi qızını gəlin köçürdü, kimisi isə azyaşlı övladına kiçik toy etdi. Maraqlı və diqqətçəkən məqamlarla dolu toylar günlərlə, hətta aylarla müzakirə edilərək mətbuatın gündəmini zəbt etdi.
Baku.ws saytı bu il övladlarına təmtəraqlı toy edən məşhurların siyahısını hazırlayıb.
Gəlin görək bu il kim övladına harada və necə toy etdi?
2022-ci ilin ilk ən səs-küylü xeyir işi Xalq artisti Alim Qasımovun evində oldu. Fevralın 2-də sənətçinin qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladı Fatimə üçün vağzalı çalındı. O, Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurdu. Dəbdəbəli məkanlardan birində keçirilən toyda pandemiya səbəbi ilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyuldu. Buna görə də Natiq Şirinov oğlu Ümidə əlavə olaraq iki gün də toy etdi.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Növbəti ay, yəni martın 28-də müğənni Zamiq Hüseynov azyaşlı oğlu Zeynə kiçik toy etdi. Məclisdə ifaçının ailə üzvləri, yaxınları və xeyli sayda tanınmış şou nümayəndələri iştirak etdilər. Zamiqin oğlu üçün təşkil etdiyi təmtəraqlı məclisdə böyük və lazer işıqlarla bəzədilən mavi rəngli nəhəng tort müzakirələrə səbəb oldu. Məclisin ən diqqətçəkən məqamı repçi Elşad Xosenin Zeynin portretini çəkərək toyda onu Zamiqə hədiyyə etməsi oldu.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEOBu il şairə Nazilə Səfərli də övladına toy edən məşhurlar karvanına qoşuldu. O, mayda ingilis dili müəllimi olan oğlu Nurlana xeyir iş etdi. Nurlan Nuranə adlı xanımla evləndi. Paytaxt restoranlarının birində keçirilən məclisə xeyli sayda tanınmış şəxs da qatıldı.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

İyunun 8-də isə Xalq artisti Həmidə Ömərovanın yeganə övladı Rəhimin toyu oldu. Aktrisanın oğlu Zülfiyyə adlı xanımla ailə həyatı qurdu. Cütlüyün toyu Bakıda restoranlardan birində keçirildi. Həmidə Ömərova açıqlaması zamanı Zülfiyyəni Rəhimin özünün sevib-seçdiyini bildirmişdi.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

30 iyun Sevgililər Günündə müğənni Aysun İsmayılova da özünə toy etdi. Eşqin adlı bəylə ailə həyatı quran sənətçinin şad günü dəniz kənarında baş tutdu. Toyda diqqətçəkən məqam Aysunun sadə gəlinliyə üstünlük verməsi və məclis boyunca öz ifalarını səsləndirməsi oldu. Rəqsanə İsmayılova isə toyda iştirak edə bilmədi.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEOİlin ən səs-küylü toylarından biri isə müğənni Rəqsanə İsmayılovanın azyaşlı oğlu Muhammed Əli üçün etdiyi kiçik toy oldu. 25 iyulda baş tutan möhtəşəm məclisdə İsrail əsilli türkiyəli müğənni Linet və özbək müğənni Yıldız Usmanova yer aldılar. Toya gələn qonaqlar mavi, ağ və ya qızılı rəngli geyimlərdən istifadə etdilər. Rəqsanə açıqlamasında həmin rəng libaslarda gəlməyən qonaqların məclisə buraxılmayacağını bildirdi. Toyda yaşanan maraqlı məqamlardan biri Rəqsanənin həyat yoldaşı Fazil Əmiraslanovun müğənni Linetə brilyant üzük bağışlaması oldu.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Bu il şair Vüqar Əhmədin xanəndə qızı Almaxanım Əhmədli də subaylığın daşını atdı. O, mühəndis olan Murad adlı bəylə ailə qurdu. Cütlüyün toyu oktyabrın 3-də paytaxt restoranlarının birində baş tutdu. Almaxanımın dayısı Əməkdar artist İzzət Bağırovun toyda az fəal iştirak etməsi söz-söhbətə səbəb oldu. Qohumlar arasında küsülülük və inciklik olduğu iddia edildi. Daha sonra Bağırov açıqlama verərək, həmin gün bir neçə məclisə dəvət olunduğunu, vaxt tapdıqca hamısında iştirak etdiyini bildirdi.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Almaxanım toyundan bir gün sonra, yəni oktyabrın 4-də isə Əməkdar artist Zakir Əliyevin də evində xeyir iş oldu. Sənətçi qızı Aygülü gəlin köçürdü. O, Türkel adlı bəylə evləndi. Toy paytaxtdakı məkanlardan birində baş tutdu. Həmkarları Əməkdar artistin şad günündə həm oxuyub, həm də rəqs etdilər.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

2022-ci ilin daha bir səs-küylü toyu meyxanaçı Rəşad Dağlının övladının xeyir işi oldu. O, oktyabrın 10-da 11 yaşlı oğlu Yusif Əmirova təmtəraqlı toy etdi. Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutub. Məclisdə sözün əsl mənasında izdiham yaşandı. Bütün meyxanasevərlər toya axın etdilər. Məclis bitənə qədər Dağlı həmkarları ilə birlikdə meyxana dedi. Bu toyun səs-sədası da uzun müddət bitməyərək müzakirələrə səbəb oldu.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Meyxanaçı Rəşad Dağlıdan iki gün sonra, yəni oktyabrın 12-də müğənni Kərim Abbasov da övladı Yusifə toy etdi. Kərim həm öz oğluna, həm də qardaşı oğlu Ruslana paytaxt məkanlarından birində məclis təşkil etdi. Toyda Kərimin ailə üzvləri, yaxınları və şou biznesdən olan dostları iştirak etdilər.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Bu il Əməkdar artist Bəsti Sevdiyeva da ailə üzvləri, yaxınları və sənət adamlarını bir araya yığaraq oğlu Ayxana toy etdi. Məclis noyabrın 11-də Bakıda baş tutdu. Ayxanın diş həkimi olan Gülarə ilə toyu oldu. Gülarə ilə Ayxanın qız toyu ötən il Rusiyada keçirilsə də, cütlüyün oğlan toyu pandemiya səbəbi ilə təxirə salınmışdı. Cütlüyün toyunda diqqətçəkən məqam isə onların azyaşlı qızlarının toyda iştirak etməsi oldu.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Müğənni Xatun Əliyeva da övladı Adilə toy edib evinə gəlin gətirdi. Sənətçinin oğlu 5 ildir sevdiyi Aylin adlı xanımla evləndi. Noyabrın 28-də keçirilən məclis təmtərağı və məşhur qonaqları ilə diqqət çəkdi. Xalq artisti Aygün Kazımova toyda tam təmənnasız oxudu. Xatun toy üçün təkcə rəqqaslara, fotosessiyaya və musiqiçilərə 10 000 AZN-dən artıq xərc çəkdi.
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

/ oxu.az

Şou Biznes       Tarix: 08 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər.az valyuta mezennesi banklar cəbhədən son görüntülər sonxeber az