Rəsmi Bakı ermənilərin Gəncə hədəsinə cavab verdi

Rəsmi Bakı ermənilərin Gəncə hədəsinə cavab verdi Rəsmi Bakı ermənilərin Gəncə hədəsinə cavab verdi
"Ermənistanın hərbi siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin "hərbi hədəf" kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma "başçısı" vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə endirməklə təhdid etməyə cəhd edir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunub ki, bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir.
Bildirilib ki, özünün hərbi təxribatlarının Azərbaycan ordusunun hərbi qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsi ilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşən Ermənistan növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaqla, terror təşkilatlarına xas bir şəkildə mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür.
"Ermənistan tərəfi Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinmir. Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib.
Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma "rəsmi qurumların" Şuşa şəhərinə köçürmək niyyətini bildirib.
Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.
Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən, Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri qayıtmaq hüququnun bərpa edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir.
Bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz Ermənistanın sözügedən niyyətindən birdəfəlik imtina edilməməsi ciddi fəsadlar törətmək təhlükəsi yaradır",- XİN-in açıqlamasında belə deyilir.
O da qeyd olunub ki, Ermənistan, Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirmək istiqamətində addımlar atır.
"Sərsəng su anbarı ilə bağlı Ermənistanın addımları Azərbaycanın təbii sərvətlərinin istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla qanunsuz mahiyyət daşıyır. Azərbaycan ərazilərini işğal etdikdən bəri Ermənistan Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, işğal edilmiş ərazilərimizə yaxın məskunlaşmış Azərbaycan vətəndaşlarını su resurslarından məhrum edir, nəticədə, həmin ərazilərdə ekoloji vəziyyətə ciddi ziyan vurulub, bio-müxtəlifliyə xələl gətirilib.
Qeyd edilənlər birmənalı olaraq, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində təsbit edilib. Su anbarının infrastrukturunun dəyişdirilməsi istiqamətində cəhdləri Ermənistanın qeyd edilən ekoloji terror siyasətinin növbəti addımı kimi nəzərdən keçirilməlidir.
Bundan əlavə, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən, Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal edilmiş ərazilərdə məskunlaşdırılmaq üçün daha çox etnik erməninin cəlb edilməsi məqsədini güdür.
Ermənistanın özünün təhrikedici qanunsuz fəaliyyəti və təxribat məqsədli bəyanatları ilə beynəlxalq ictimaiyyətin, ilk növbədə isə Azərbaycan dövlətinin və ictimaiyyətinin səbrini sınağa çəkməyə son qoymalıdır".
Azərbaycan XİN birmənalı olaraq bildirib ki, Azərbaycan Respublikası özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, konstitusiya quruluşunun müdafiəsi, vətəndaşlarının təhlükəsizliyinin və hüquq və azadlıqlarının təmin edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə etməklə bütün zəruri addımları atmaq əzmində və qətiyyətindədir.
"Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın bölgədə vəziyyəti məqsədyönlü gərginləşdirməyə və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizama salınması imkanlarını tamamilə məhv etməyə yönəlmiş bu təhrikedici cəhdləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini məlumatlandırıb.
Ermənistanın qeyd edilən davranışına adekvat qiymət verilməsi, onun bütövlükdə region üçün ciddi təhlükəli fəsadlara gətirib çıxara biləcək addımlardan çəkindirilməsi və münaqişənin dinc yolla nizama salınması məqsədilə BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi (822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) və ATƏT-in qərarları əsasında siyasi-hüquqi çərçivəsi müəyyən edilmiş danışıqlar prosesinə qaytarılması vacibdir.
XİN bundan sonra da Ermənistanın qanunsuz fəaliyyətinin dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində bütün siyasi diplomatik mexanizmlərdən istifadə etməklə zəruri addımları atacaq".

Siyasi       Tarix: 17 avqust 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası" verilişində "Televizor

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar

İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxil

Bayramovla Lavrovun görüşü başladı

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. apa-ya istinadla xəbər verir ki, nazirlər əvvəlcə təkbətək formatda görüşüblər. Ceyhun Bayramov və Serge

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Gerb və bayraq təsvirli paltarlar satılır – Bunları ölkəyə kim gətirir?

Azərbaycanın dövlət rəmzləri olan bayraq, gerb və digər rəsmi atributlar bəzən müxtəlif məişət əşyalarının üzərində istifadə olunur. Lakin bəzi hallarda bu rəmzlərə lazımi hörmət göstərilmir. Hətta dövlət rəmzləri avtomobillərd

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber valyuta mezenesi cəbhədən son vəziyyət bu gunun xeberleri haqqinda melumat