"Rəsmi Bakı istədiyi an Laçın dəhlizini bağlaya bilər" - ÖZƏL AÇIQLAMA

Dünən Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Görüşün nəticələri ictimaiyyətə tam açıqlanmasa da bəzi siyasi analitiklər bu barədə müəyyən fikirlər səsləndiriblər. Belə ki, iddialara görə  görüş zamanı Paşinyanın Putindən bir neçə istəkləri olub. Onlardan biri də,  Laçın koridorunun ömürlük ermənilərin üzünə açıq qalması və  Xankəndiyə sərbəst gedib-gəlişin təminatı məsələsidir.
Bəs görəsən, bu iddialar nə dərəcədə doğrudur? Putin Paşinyanın bu istəyini yerinə yetirəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, Laçın dəhlizi bütün tərəflər üçün çox aktual mövzudur: "Hazırda Laçın dəhlizinə alternativ olaraq Xankəndiyə yol çəkilməsi davam edir. Üçtərəfli bəyanatda qeyd olunur ki, bütövlükdə Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək. Rusiya sülhməramlıları oradakı alternativ yolda sülhün möhkəmləndirilməsi işləri ilə məşğul olmalıdır. Ermənistanın əgər hansısa istəyi varsa, əvvəlcə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər yerinə yetirilərsə müxtəlif məsələlər müzakirə edilə bilər".
Politoloq qeyd edib ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə, bu məsələ ilə bağlı heç bir məhdudiyyətlər olmayacaq: "Zəngəzur dəhlizinin açılmaması Laçın dəhlizi ilə bağlı Azərbaycanın Ermənistana təzyiq edəcəyini deməyə əsas verir.  Bu yol vasitəsilə biz destruktiv qüvvələrin Xankəndiyə gəlməsinə icazə verməyəcəyik. Çünki dəhlizin əsas məqsədi Ermənistanla Qarabağın dağlıq hissəsində kommunikasiyanın davam etməsidir. Bu, mülki əhaliyə aid edilir. Silahlı dəstələrin, siyasi hoqqabazların oradan gəliş-gedişi yolverilməzdir və təbii ki, bunun qarşısı alıanacaq. Azərbaycan Laçın dəhlizini ermənilərin üzünə bağlamayıb. Belə bir məqsədimiz yoxdur. Əgər Qarabağ Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınarsa və sərhədlər müəyyənləşərsə, eyni zamanda Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərsə,  bu məsələ ilə bağlı heç bir məhdudiyyətlər olmayacaq".
Z.Məmmədovun fikrincə, Laçın dəhlizi vasitəsilə erməni silahlılarının və təxribatçıların gediş-gəlişinə qəti qadağa qoyulmalıdır: "Əlbəttə ki, burada məsuliyyət sülhməramlıların üzərinə düşür. Biz müəyyən vaxtlarda İran avtomobillərinin, erməni qanunsuz dəstələrinin, ayrı-ayrı rusiyalı, fransız və erməni  siyasətçilərin Xankəndiyə səfərlərinin şahidi olmuşuq. Gələcəkdə Laçın dəhlizinin mülki əhalinin ixtiyarına verilməsi əsas məqsəd olmalıdır. Nə sülhmərmalılar, nə də digərləri sui-istifadə hallarına yol verməməlidir.  Dəhlizdən kimlərin istifadə etməsi Azərbaycanın nəzarəti altındadır və bizim əsas hədəfimiz bölgədə sülhü təmin etməkdir. Əgər gələcəkdə erməni terrorçuları hansısa təxribat törətməyə cəhd edərsə, bu, dəhlizin bağlanması ilə nərticələnə bilər.
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 21 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum cəbhədən xəbərlər sonxeber.az sou biznes