Rəsmi Bakı: "Paşinyanın büründüyü pərdə açılır"
Rəsmi Bakı: "Paşinyanın büründüyü pərdə açılır"
Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu "müstəqil" ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayevanın şərhində bildirilir.
L.Abdullayeva deyib ki, "demokratik inqilab" pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyi, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurub.
"Verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir", - deyə L.Abdullayeva əlavə edib.
XİN rəsmisinin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir.
"Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah etmək olar?!
Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövlət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də, Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək.
Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək".
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir
İlham Əliyev Trampa təşəkkür etdi
UEFA Avropa Liqası: "Qarabağ" cavab oyununa çıxır
Bakıda yanğın başladı
Messi İngiltərə üzərindəki qələbəni görün kimə həsr etdi
DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq
Zidan Fransa millisinin baş məşqçisi olacaq
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü
Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı
"Fənərbağça"nın 2 futbolçsusu "yoxa çıxdı": Telefonları açmır
Məşhur müğənnidən ŞOK ADDIM: Villasını 100 dollara satdı
Harri Keyndən yeni rekord
DÇ-2026-nın final oyununu o idarə edəcək
Kredit borcundan yayınmaq üçün adını və soyadını dəyişdi - FOTO