Rəsmi dövlət qəzeti Elm və Təhsil nazirliyini sərt tənqid etdi - FOTO

Rəsmi dövlət qəzeti Elm və Təhsil nazirliyini sərt tənqid etdi - FOTORəsmi dövlət qəzeti-Milli Məclisin rəsmi orqanı olan "Azərbaycan" qəzetində Elm və Təhsil nazirliyi sərt tənqid edilib.
azxeber.com xəbər verir ki, qəzet Salyan rayonundan şikayətçi vətəndaşın müraciətini "Bu nə təhsil qaydasıdır, baş açmaq olmur" sərlövhəsi ilə dərc edib.
"Azərbaycan" qəzetinin məqaləsini olduğu kimi təqdim edirik:
Mən Salyan rayonunun Şorsulu kəndində yaşayıram. Kəndimizdə bir ümumi orta, bir tam orta məktəb fəaliyyət göstərir. Oğlum 9-cu sinfə kimi yaşadığımız yerə yaxın olan ümumi orta məktəbdə oxuyub.
Dərslərindən də həmişə yaxşı qiymətlər alıb. Onu da qeyd edim ki, iki il əvvəl bu məktəb üçün müasir standartlar səviyyəsində yeni bina tikilib istifadəyə verilib.
Oğlumun 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirməsi üçün kəndimizdəki tam orta məktəbin direktoruna müraciət etdik. Lakin bizə bildirdilər ki, sizin övladınız ümumi orta məktəbdə təhsil alarkən xarici dil kimi ingilis dilini öyrənib. Ona görə də onun burada təhsil alması mümkün deyil, guya bu o zaman mümkün olardı ki, oğlum rus dilini öyrənmiş olsun.
Kəndimizdəki tam orta məktəbdə həm ingilis, həm də rus dili xarici dil kimi tədris edilən siniflər olsa da, bu məktəbə ingilis dilindən təhsil alan şagirdləri qəbul etmirlər. Sözləri budur ki, var, amma öz şagirdlərimiz üçündür. Guya bu, qanunun tələbidir. Beləliklə, oğlum nisbətən yaxında yerləşən Dayıkənd, Sarvan məktəblərindən hansınasa da qəbul edilmədi, daha uzaqdakı Qızılağac məktəbinə getməyə məcbur oldu.
Bu səbəbdən övladım dərslərindən də soyudu. Təqribən 20 kilometr aralıdakı məktəbə gedib-gəlmək asan deyil. Halbuki kəndimizdəki məktəb 2 kilometrlik məsafədədir. Başa düşə bilmirik ki, şagirdi 10 dəfə uzaqda yerləşən məktəbə yönləndirmək nə deməkdir. Bu nə təhsilə uyğundur, nə də insafa. 15-16 yaşlı şagirdə belə zülm edərlərmi? Qoy bu sualın cavabını Elm və Təhsil Nazirliyi versin. Pis-yaxşı 10-cu sinfi bitirib, qalıb daha bir ili.
Rəsmi dövlət qəzeti Elm və Təhsil nazirliyini sərt tənqid etdi - FOTO

Sosial       Tarix: 22 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Bəyim Bayramova VƏFAT ETDİ

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta məktəbin keçmiş direktoru Bayramova Bəyim Vəli qızı 80 yaşında dünyasını dəyişib. . xəbər verir ki, bu barədə məktəbin paylaşdığı məlumatda deyilir. . Bəyim Bayramova məktəbdə 1969–200-c

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hav

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

"Son zəng"də bunlar qadağandır - Rəsmi

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi "Son zəng" tədbiri iyun ayının 13-də keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədə

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Azərbaycanın xarici dövlət borcu azalıb

2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin xarici dövlət borcu ötə

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər cebheden xeberler xeber.az 2026 xeberler bu gun