Rəsmi İrəvan kütləvi məzarlıqların yerini göstərməkdən niyə boyun qaçırır?

Rəsmi İrəvan kütləvi məzarlıqların yerini göstərməkdən niyə boyun qaçırır?Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi bir faktdır. Bunu heç İrəvanın özü də yüzlərlə sübutun qarşılığında dana bilmir. Bununla bağlı məsələnin Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilən dördtərəfli görüşdə gündəmə gəlməsi də təsadüfi deyildi. Üstəlik, Azərbaycan tərəfi indi, bu əraziləri işğaldan azad etdikdən sonra belə məzarlıqların olmasına dair müəyyən sübutlar üzə çıxarır.
KONKRET.az xəbər verir ki, məsələyə münsibət bildirən  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün 4 minə qədər vətəndaşımızın kimliyinin müəyyənləşdirilməsi Azərbaycan diplomatiyası qarşısında ən önəmli vəzifələrdən biridir.
Siyasi şərhçi qeyd edib ki, kütləvi məzarlıqlar haqqında müfəssəl məlumatlar artıq rəsmi Bakıya təqdim edilməlidir: "Azərbaycan üzərinə düşən məsuliyyəti yerinə yetirdi. Lakin Ermənistanın xarici işlər nazirliyi məsuliyyətdən boyun qaçırmağa çalışır. Bunun da bir sıra səbəbləri var. Çünki həmin kütləvi məzarlıqlarda qadınlar, uşaqlar və ahıl şəxslər müəyyən olunarsa, bu müharibə qaydalarının kobud şəkildə pozulması deməkdir. Ermənistana qarşı bu xüsusda ədalət məhkəməsi qarşısında Azərbaycan tərəfi vəsatət qaldıra bilər. Burada DNT analizləri yanaşı, həm də onların işgəncələrə məruz qalması, döyülməsi və üzərlərində müxtəlif tibbi tədqiqatların aparılması müəyyən olunarsa, bu da Azərbaycan tərəfinə kifayət qədər əsaslar verəcək. Ermənistan buna görə də, məsuliyyət daşıyır. Təbii ki, o dövrdə hakimiyyətdə olan şəxslərin də məsuliyyətə cəlb olunması prosesi həyata keçirilə bilər".
Politoloq vurğulayıb ki, Azərbaycan torpaqları işğal edildikdən sonra bir sıra yerlərdə kütləvi məzarlıqlar aşkar edilib: "Bu, ona əsas verir ki, digər yerlərdə də kütləvi məzarlıqlar mövcuddur. Ermənistan dövləti kütləvi məzarlıqların kardinatını dəqiq bilir. Lakin Azərbaycan tərəfinə bunun yerini verməkdən boyun qaçırır. Ermənistan tərəfinə beynəlxalq təzyiq göstərilməlidir ki, Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana təqdim etsin. Eyni zamanda, Avropa Şurası və  Fransa da Ermənistana təzyiq etməlidir. Əgər Ermənistan kütləvi məzarlıqların yerini Azərbaycana verməsə, o zaman siyasi-diplomatik danışıqlar bir anlam kəsb etməyəcək".

Siyasi       Tarix: 20 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər son xeber.az xeberler bu qun valyuta mezenesi