Respublikamız ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib

Respublikamız ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edibAzərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmiz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun ardınca daha bir mötəbər tədbirə-74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu, Konqresin əhəmiyyətinin, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. 
Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi. Azərbaycan bu gün müstəqil, eyni zamanda, qalib ölkə olaraq tədbirə ev sahibliyi edərək yüzdən artıq ölkənin beş mindən çox nümayəndəsini bir araya gətirir. Bu tədbirlərin Azərbaycan həqiqətlərinin təbliğində rolu inkaredilməzdir.
 Dövlət başçısımız cənab İlham Əliyev Konqresdəki çıxışında bu məqamı xüsusi qeyd etdi. "Əminəm ki, qonaqlarımızın Konqresdəki işlərindən əlavə, Azərbaycanı, onun xalqını, tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır" söyləyən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq Azərbaycanda kosmik sənayenin inkişafı davam etdirilir. Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir. Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Həyata keçirilən siyasət hər zaman aydın, şəffaf və birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib."
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Milli Kosmik Siyasət ölkələrin kosmik sənayesi və 2030-cu ilə qədər olan illər üçün fəaliyyətləri, o cümlədən kosmosla bağlı hökumətin görəcəyi işlər, kommersiya fəaliyyəti, dövlət və özəl sektorlar, akademik institutlar və tədqiqat və inkişaf mərkəzləri tərəfindən həyata keçirilən elmi fəaliyyətlər üçün ümumi çərçivəni müəyyən edir. Kosmik şirkətlər kosmik iqtisadiyyatda əhəmiyyətli imkanlar təqdim edir, elm və texnologiya ilə bağlı mövzuların həyata keçirilməsində elmə əvəzsiz töhfə verir.
Bu gün milli və regional kosmik agentliklər kosmos haqqında bilikləri genişləndirmək və bütün dünyada insanların həyatını yaxşılaşdırmaq üçün kosmik elm və texnologiyanı tətbiq etmək üçün çalışırlar.
İnformasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin gələcəyi üçün vacib sahədir: "Azərbaycan hər bir sahədə təcrübəsinin nümunə olmasını qarşıya əsas hədəf kimi qoyaraq bu məqsədə yüksək səviyyədə nail olur. Davos Dünya İqtisadi Forumunun məhz Azərbaycanı Dördüncü Sənaye İnqilabının mərkəzlərindən biri seçməsi də özündə mühüm məqamları ehtiva edir. Əminik ki, Konqres Azərbaycanın texnoloj sahədə dünəninin, bu gününün və perspektivlərinin təqdimatı olaraq səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması əsasında əməkdaşlığın coğrafiyasının daha da genişləndirilməsində öz sözünü deyəcək".
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Naftalan şəhər sakini Afət Mustafayeva / azxeber.com

Sosial       Tarix: 04 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou son xeberler bugun maliyye xeberler bugun kriminal xeberler