Rəsul Quliyev: "Azərbayan və Türkiyə Paşinyanı Putinin əlindən qurtarmalıdır"

Rəsul Quliyev: "Azərbaycanın apardığı strateji siyasət onu Avropa İttifaqından tutmuş, Misirə, Yaponiyaya qədər böyük bir ərazidə qəbul edilmiş fiqurlardan birinə çevirib. Qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünün şübhə altında olmadığını biz yox, artıq bütün dünya qəbul edib. Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etmək və paytaxta uyğun rekonstruksiyalar həyata keçirmiş keçmiş və gələcək tariximizi əbədiləşdirmək strateji planının çox böyük əhəmiyyəti var".
KONKRET.az-ın xəbərinə görə, bunu  Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
O qeyd edib ki, Ermənistanın baş naziri Azərbaycanda gedən proseslərin mahiyyətini anlayan yeganə siyasətçidir:
"O, Rusiyadan xilas olub Qərbə yaxınlaşmaq istəyir. Onu dəstəkləyən ermənilər də bunu istəyir. Dünyada XX əsrdə soyqırım olub. Hitler rejimi 6 milyon yəhudini qətlə yetirib. Bu gün yəhudilər və hökuməti Almaniya xalqı və hökuməti ilə ən yaxın münasibətdədirlər. Rusiyaya qarşı vuruşan – Türkiyə ordusuna arxadan müharibə açan erməni millətçilərinə qarşı vuruşan Türkiyəni genosiddə günahlandırmaq böyük şübhə altındadır" – deyə sabiq spiker əlavə edib,
Rəsul Quliyev qeyd edib ki, ABŞ və Avropa İttifaqı (ola bilər, Fransadan başqa) ölkələri Paşinyana Azərbaycan və Türkiyə ilə müqavilələr bağlamağı məsləhət görürlər. Paşinyan bu işi görmək istəyir.
"Ancaq Ermənistanın keçmiş yaramazları buna imkan verməməyə çalışırlar. Nə üçün? Yəni bu yazıqlar, doğrudan, Qarabağı qismən qaytaracaqlarına inanırlar. Düşünmürəm, buna inanmaq səviyyəsində uzun qulaqları olsun. İnanmırlar. Fikirləşirlər Putin bunları hakimiyyətə gətirmək üçün Qarabağı Azərbaycandan alıb bunlara verəcək. Bəlkə də, doğrudan da, bu səviyyədə düşünəcək əbləh və nadandırlar. Putin heç öz səfeh Yanukoviçini hakimiyyətə gətirə bilmədi… Azərbaycan tək deyil, arxasında ən azı Ukrayna ordusundan daha güclü Türkiyə dayanıb. Ukraynadan fərqli olaraq Türkiyənin NATO silahları var. Tanınmış "Bayraktar" dronları var! Bu əbləhlər məgər Azəraycanın orta Asiya və Qazaxstan dövlətləri arasında xüsusi hörmətə malik olduğunu bilmirlərmi?! Azərbayan və Türkiyə kömək edib Paşinyanı Putinin əlindən qurtarmalıdır, çünki o, bu yaramazların içərisində ən normalıdır…"

Siyasi       Tarix: 12 may 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes qurban bayrami 2026 son xeberler bu gun cəbhədən son məlumat