Reuters: "Partlayışlardan sonra ABŞ-ın kəşfiyyat təyyarəsi "Şimal axını"nın yaxınlığında uçub"
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" kəşfiyyat təyyarəsi qaz kəmərlərindəki partlayışlardan bir neçə saat sonra Şimal axını yaxınlığında uçub.
KONKRET.az xəbərə verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, İsveçdən olan seysmoloqlar Bornholm adasında sualtı partlayışı qeydə alanda kəşfiyyat təyyarəsi gecə yarısı Şimal dənizi üzərində uçub. Amerika təyyarəsi bir saat sonra Bornholmdan cənuba uçaraq Polşaya doğru istiqamət alıb.
Agentliyin məlumatına görə, "P-8A Poseidon" sızma yerindən 24 km aralıda olub. Təxminən saat 07:00 radələrində təyyarə 4 km məsafədə hadisə baş verən yerin üzərindən uçub. Təyyarənin saat 03:39-dan 06:20-yə kimi hərəkəti barədə məlumat verilməyib.
"ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" təyyarəsi Baltik dənizi üzərində müntəzəm kəşfiyyat uçuşu həyata keçirib. Bu, Şimal axınının sızması ilə əlaqədar deyildi", – ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü deyib.
Qeyd edək ki, "Şimal axını"nda təzyiq sentyabrın 26-da azalmağa başlayıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü