"Reuters" Şuşadan reportaj hazırlayıb: "Azərbaycanın İsveçrəsi
"Şuşa ərazisini meşəli təpələri və yumşaq iqlimindən dolayı bir zamanlar "Azərbaycanın İsveçrəsi" adlandırırdılar".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bu sözlər dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan "Reuters"in Şuşa şəhəri barədə reportajında yer alıb.
"İl yarım öncə Azərbaycan qüvvələrinin geri aldığı Şuşa 1992-ci ildə ermənilərin 15 min azərbaycanlı əhalini qovaraq zəbt etdiyi şəhərdir. Burada məskunlaşan və adını "Şuşi" qoyan 4 000-ə yaxın etnik erməni geridə 1992-ci ilin izlərini hələ də daşıyan boş bir şəhəri qoyub qaçıb", - yazıda qeyd olunub.
Bildirilib ki, Azərbaycanın inşaatçıları şəhərin küçələrini tədricən dirçəldirlər:
"Yerli icra hakimiyyətinin, polis idarəsinin və baş poçt idarəsinin binası bərpa edilib, Gövhər ağa məscidinin və Qazançetsots erməni pravoslav kilsəsinin ətrafında taxtabəndlər (bərpası üçün – "Report") qurulub.
Üç hotelin tikintisi Azərbaycan hökumətinə hər il keçirilən Bakı Enerji Həftəsi konfransı üçün Şuşanı seçməyə və BƏƏ-nin Masdar firmasının Azərbaycan üçün birlikdə elektrik enerjisi istehsal edəcək günəş və külək elektrik stansiyaları tikəcəyini elan etməyə imkan verib.
Üç supermarket açıqdır və həftədə beş avtobus Şuşa ilə Azərbaycanın paytaxtı Bakını birləşdirərək yerli turistləri və işçiləri buraya gətirir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun