RF XİN: "Qarabağla bağlı üçtərəfli qrup yaxın gələcəkdə görüş keçirə bilər
RF XİN: "Qarabağla bağlı üçtərəfli qrup yaxın gələcəkdə görüş keçirə bilər"
Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrini açmaq üçün yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun görüşü baş tuta bilər.
TASS-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
"Qurumlararası formatda Azərbaycan və Ermənistan tərəfləri ilə birlikdə ilk görüşü yaxın gələcəkdə keçirməyə hazırlaşırıq", - deyə nazirlikdən bildirilib.
Diplomatik qurumdan vurğulanıb ki, Dağlıq Qarabağ nizamlanması prosesinə tərəfsiz və məsuliyyətli yardım Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən biri olub və qalmağa davam edir.
"Aktual vəzifə region dövlətlərinin mehriban qonşuluq münasibətlərini bərpa etmək, millətlərarası və konfessiyalararası sülh və inam yaratmaq, Cənubi Qafqazda sabitlik və firavanlıq üçün möhkəm şərtlər formalaşdırmaq üçün konfrotansiyadan barışığa keçməsini təmin etməkdir", - deyə Rusiya XİN-i vurğulayıb. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub