Robotların dünyasında insan olmaq

Robotların dünyasında insan olmaqRobotların dünyasında insan olmaq...
Qan Turalı yazır...
Bəşəriyyətin daim dəhşətli qorxuları olub - aclıq qoxusu, qıtlıq qorxusu, epidemiya qorxusu, nüvə müharibəsi qorxusu... Bu qorxuların bir hissəsi fəlakətə çevrilib. Uzun və üzücü müharibələr, illərlə davam edən qıtlıqlar... 
Ancaq xoşbəxtlikdən bəzi qorxular eləcə qorxu kimi qalıb. Soyuq müharibə dövründə nüvə müharibəsi qorxusu hakim idi. Bu qorxu gerçəkləşmədi. Gerçəkləşsəydi yəqin ki, indi bu sətirləri yazmaq da mümkün olmayacaqdı. 
İndi ötən əsrlərdən fərqli olaraq qorxular da qloballaşıb. Zombilərin hücumunu gözləyənlər də var, yadplanetlilərin işğalını da... Ya da xüsusən Ukrayna müharibəsindən sonra soyuq müharibə illərinin nüvə müharibəsi qorxusu yenidən aktuallaşıb. 
ABŞ-nin ən nüfuzlu Yeyl universiteti 119 şirkətin rəhbərliyi arasında bir sorğu təşkil edib. Həmin sorğuda rəyi soruşulanların 42 faizi süni intellektin bəşəriyyətin sonunu gətirəcəyinə inandığını bildirib. Şirkətlərin adı açıqlanmasa da siyahıda ABŞ-nin ən böyük - yüz milyardlarla dollarlıq sərmayəsi olan şirkətlərinin də olduğu qeyd edilir. Həmin yüz milyardları idarə edənlər isə süni intellekt haqqında bu cür bədbin düşünürlər. 
Yeyl universitetinin bu sorğusu yadımıza keçən ayın sonlarında yayımlanan bir açıq məktubu salır. Həmin açıq məktubu imzalayan bir qrup alim məhz süni intellekt sahəsində çalışırdı. Bu məktub süni intellektlə bağlı problemlərin nüvə müharibəsi, pandemiya kimi qlobal əhəmiyyət daşıdığını vurğulayırdı. 
Bəs gələcək necə olacaq? Əlbəttə ki, bunu bilmək çətin deyil, mümkünsüzdür. Ancaq müəyyən konturları aşkarlamaq olar. Misal üçün, nüvə müharibəsi heç bir zaman olmadı. 1945-ci ildə ABŞ, 1949-cı ildə SSRİ nüvə silahını əldə etdi. Sonra daha bir neçə ölkə...  Ancaq ötüb-keçən dövrdə nəinki nüvə müharibəsi baş vermədi, hətta nüvəyə malik olan ölkələr arasında ənənəvi müharibə də olmadı. Və bəşəriyyətin nüvə müharibəsi haqqındakı qorxuları gerçəkləşmədi. Güman ki, heç bir zaman da gerçəkləşməyəcək. (Rusiya Ukraynaya nüvə silahı tətbiq etdiyi zaman NATO-ya bir şey olmayacaq. NATO-nun nüvə zərbəsinə cavab verməsi isə Rusiya üçün sadəcə dəhşətdir. Bu çox sadə bir tənlikdir).
Eləcə də pandemiya... Doğrudur, son pandemiyanın nəticələri dəhşətli oldu. Ancaq XX əsrin əvvəllərindəki "İspan qripi" pandemiyasına baxdıqda dövlətlər son dərəcə hazırlıqlı idi. Bəli, böyük insan itkisi qeydə alındı, ancaq bu itki bir əsr əvvəlkinə nisbətən az qala epizodik idi.
Bir sözlə, bəşəriyyət qorxularının öhdəsindən inamla gəlir. Süni intellektə gəldikdə isə... Əlbəttə ki, süni intellektin tətbiq edilməsi dünyanın siyasi və iqtisadi xəritəsini yenidən yaradacaq. Bir çox peşələr yoxa çıxacaq. Ancaq əvəzində yeni peşələr yaranacaq. Misal üçün, keçmiş dövrdə televizor ustaları vardı. İndi bu peşə demək olar ki, yoxdur. Ancaq əvəzində telefon ustaları var. Süni intellektlə bağlı məsələ isə daha mürəkkəbdir. 
Ola bilsin ki, süni intellektin tətbiq edildiyi dövrdə bank işçilərinə ehtiyac qalmayacaq. Bankın tətbiqi bizim kredit tarixçəmizə, gəlirlərimizə və xərclərimizə nəzər salaraq bizə kredit verəcək, ya da verməyəcək. Pul hesabımıza keçiriləcək və bəlkə də bankların iqtisadi strategiyalarını, perspektiv planlarını da süni intellektin hesabına yaradacağıq. Ancaq yenə də insan əməyinə ehtiyac qalacaq. Müəyyən bir dövrə qədər bu elə bu cür də davam edəcək. Sonrası isə... Burada şirkət rəhbərlərinin qorxusu həqiqətə bənzəyir. 
Bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən mövzulardan biri taksi məsələsidir. Ancaq çox yaxın gələcəkdə sürücüsüz maşınlar istehsal edilməyə başlanacaq. ABŞ-də bir neçə ildir bu maşınlar sınaq yürüşlərinə başlayıblar. 
Şirkətlərin məlumat mərkəzləri tezliklə insansızlaşacaq. Biz botlarla yazışacağıq, ya da robotlarla danışacağıq. Bunu etmək süni intellekt üçün elə də çətin deyil. Proses sürətləndikcə başqa peşələr də təhlükə altına düşəcək. 
Aydın məsələdir ki, hər bir şirkət əməkhaqqına milyonlarla manat vəsait xərcləməkdənsə süni intellektin daha ucuz olan xidmətindən yararlanacaq. Necə ki, əl əməyi dövründə dəzgahlar ortaya çıxdı və dəzgahlara sərmayə yatıran kapitalistləri ən son düşündürən şey işdən çıxardıqları insanların taleyi idi. 
Buna görə də gələcəyin necə olacağını təxmin etmək çətin olsa da müəyyən məqamları sezmək mümkündür. Son məqamda şəxsi bir təfərrüata da yer verim. Keçən həftə ölkənin ən böyük şirkətlərinin birinin saytında alış-veriş edirdim. Operator ödənişi nağd yoxsa kartla edəcəyimi soruşdu. Mən də "nağd" cavabını verdim. Operator ikinci dəfə soruşdu, nağd yəni pulla? İstədim, "Nikolay qızıl onluğu ilə" deyə cavab verəm. (Ancaq vermədim) Dedim ki, bəli, kağız pulla, dədə-baba üsulu ilə... 
Bu yerdə süni intellektinə arxalanan robotla müsahib olmaq daha faydalıdır. Çünki o ən azından "nağd yəni pulla?" sualını verməyəcək. İnsan əvəzinə robota üstünlük verməyim haqda dediklərim zarafat olsa da, süni intellektin gələcəyi heç də zarafat deyil. / oxu.az

Maraqlı       Tarix: 22 iyun 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun son xeber.az cəbhədən son məlumat metbuat