Roma Papası: "Mən Putinin tərəfdarı deyiləm"
Roma Papası Fransisk Üçüncü Dünya müharibəsinin elan olunduğuna inandığını deyib.
KONKRET.az "La Stampa"ya istinadən xəbər verir ki, bu barədə Roma Papası Yezuitlər mediasının redaktorları ilə görüşündə deyib.
O, Rusiya ordusunun Ukraynada "qəddarlıq və vəhşilikləri"ni tənqid edərkən, "cəsur ukraynalıların xilas uğrunda apardığı mübarizə"ni təqdir etdiyini bildirib.
Roma Papası vəziyyətin ağ və qara olmadığını, müharibənin başlamasında bəlkə də müəyyən mənada təhrik elementlərinin olduğunu qeyd edib.
O əlavə edib ki, müharibəyə stimul verən əsas amillərdən biri də silah sənayeləridir.
"Rusların hər şeyin bir həftəyə bitəcəyini düşündüyü də doğrudur. Amma onlar səhv hesablamışdılar. Onlar cəsur bir xalqla, həyatda qalmaq üçün mübarizə aparan, mübarizə tarixi olan bir xalqla qarşılaşdılar,"- Papa Fransisk vurğulayıb.
Onun sözlərinə görə, ola bilsin ki, bu müharibəyə təhrik edilib, ya da qarşısı alınmayıb: "Mən silahların sınaqdan keçirilməsinə və satışında marağı nəzərdə tuturam".
Pontifik bildirib ki, bəziləri bu fikirlərə görə, onun Rusiya Prezidenti Vladimir Putinin tərəfdarı olduğuna inanır: "Xeyr, mən Putinin tərəfdarı deyiləm. Belə bir şey söyləmək bəsit və yanlışdır. Amma mən sadəcə olaraq, çox mürəkkəb olan köklər və maraqlar haqqında düşünmədən, bu mürəkkəbliyi xeyir və şər arasındakı fərqə endirməyin əleyhinəyəm. Kömək etmək həvəsi sönəndə nə olacaq? Biz indiki konkret fəaliyyətdən uzağa baxmalıyıq".//APA

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?