Roman Bağdasaryan: "Qarabağ klanı" ermənilərin dərdidir
Tanınmış erməni jurnalist və bloger Roman Bağdasaryan yenidən "Qarabağ klanı"nın nümayəndələrini tənqid edib və onları Ermənistanın başına gələn bütün bəlalarda ittiham edib.
KONKRET.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.
"1988-ci ildə hamımız fərqli düşünürdük. Bütün bu illər ərzində köhnə Ermənistanın və Qarabağın hakimiyyət orqanları bizi aldatdılar, bütün xalqı, diasporu qarət etdilər.
Özləri övladları ilə birlikdə ən yaxşı vəzifələrə, obyektlərə və bizneslərə sahib çıxdılar, vicdanlı insanların ağzını bağladılar. Şuşa həbsxanasında işgəncələr, təbii sərvətlərin oğurlanması və minlərlə dinc insanın qətlə yetirilməsi. Bütün bunlar "Qarabağ klanı"nın Ermənistanda hakimiyyəti ələ keçirməsinə imkan verdi. Biz heç vaxt 1988-ci ildən əvvəlki kimi olmayacağıq.
Köhnə hakimiyyətdə və "Qarabağ klanı"nda nə qədər narkoman, cinayətkar olduğunu anlayanda Ermənistan üçün qorxu yaranır. Bu insanlar qonşularımızdan yüz dəfələrlə pisdirlər. Bu, bizim dərdimizdir.
Ən pis pislik yalandır. Köhnə Ermənistanın, Qarabağın iqtidarında olan insanların 90%-i bizə yalan danışırdı. Onlar yalanları ilə əsgərlərimizi öldürən bir dəstə adamdır. Hər şey haqda həmişə yalan danışırdılar", – Bağdasaryan qeyd edib.
Roman Göytürk,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?