Roqozin Fransa səfirinə MƏRMİ GÖNDƏRDİ
"Roskosmos"un keçmiş baş direktoru Dmitri Roqozin onu yaralayan "Sezar" haubitsasının mərmisini Fransanın Rusiyadakı səfiri Pyer Leviyə göndərib.
KONKRET.az "REN TV"yə istinadən xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat verib.
"Fransız haubitsasının atdığı bu mərmi mənim iki gənc dostumu öldürdü, onların arvadlarını dul, uşaqlarını isə yetim qoydu. Bu uşaqlar Baykonur səfərində bizi müşayiət edirdilər, siz onlarla əl sıxışdınız. İndi onlar sizin ölkə tərəfindən Ukraynaya verilən silahlarla öldürülür", – müraciətin mətnində deyilir.
Xatırladaq ki, Roqozin dekabrın 21-i axşam saatlarında Donetskdə yaralanıb. Onun yaralandığı "Şeş-Beş" hoteli Ukrayna ordusu tətəfindən "Sezar" özüyeriyən artilleriya qurğusu ilə atəşə tutulub. Roqozinin köməkçisi Mixail Bridasov da daxil olmaqla iki nəfər həlak olub.
Qeyd edək ki, Fransa 2022-ci ilin yayından Ukraynaya "Sezar" özüyeriyən silahlar tədarük edib. Müharibə başlayandan Paris Ukrayna hərbçilərini 18 belə silahla təmin edib.
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO