"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO

"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO
Avqustun 30-da Rusiya Federasiyasının Rostov vilayətində "Sambek yüksəklikləri" - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Rusiyanın "Rossiya-24" və "Rossiya-1" televiziya kanallarında reportajlar göstərilib, əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlıqları barədə geniş məlumat verilib. Reportajlarda Prezident İlham Əliyevin müsahibəsi təqdim olunub.
Aparıcı: Bu gün Rostov vilayətində "Sambek yüksəklikləri" adlı xalq hərbi-tarixi muzeyinin açılışı olub. Bu addakı "xalq" sözü təsadüfi deyil, çünki muzey veteranların və ləpirçilərin təşəbbüsü ilə yaradılıb. Sambek şiddətli döyüşlərin keçirildiyi yerdir. 1941-ci ildə faşistlər Rostova can atanda da, 1943-cü ildə bizimkilər hücuma keçəndə də. Bu yüksəklik təkcə Rusiya üçün deyil, həm də Azərbaycan üçün vacibdir. Bu gün Azərbaycan Prezidenti də həmin hadisələr barədə danışıb.
Veronika Boqmanın reportajında deyilir ki, muzey kompleksi real döyüşlərin baş verdiyi ərazidə yerləşir. 160 kilometrlik Mius cəbhə xətti boyunca 14,5 hektar döyüş sahəsidir.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev: Hitlerçilərin bizim diyarda törətdikləri dağıntı, barbarlıq və qeyri-insani hərəkətlər o vaxta qədər tarixdə görünməmişdi. Böyük Vətən müharibəsinin veteranları və iştirakçıları barədə xatirəni hər bir ailədə qayğı ilə qoruyub saxlayırlar. 2017-ci ilin baharında buradakı Şöhrət xiyabanında 325 döyüşçü ehtiramla torpağa tapşırılıb, onlardan 19-nun adı müəyyən edilib.
Reportajda bildirilir ki, Hərbi-Tarix Muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla 8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Təkcə ön xətdə 3 min kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən iki dəfə çoxdur.
Sambek yüksəklikləri Mius çayının sağ sahilində Donetsk diyarının cənub yamaclarındakı yüksəkliklər, təpələr, kurqanlar silsiləsidir. Bu kurqanlardan ən ucası buradan 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır. Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən 80-100 metr yüksəklikdə onların əlçatmaz olması üçün nə mümkündürsə edirdilər.
Mius cəbhəsinin döyüşçülərinin xatirəsinə ilk memorial burada 1980-ci ildə, Qələbənin 35 illiyi şərəfinə ucaldılıb. Həmin memorial Azərbaycan Respublikasının vəsaiti hesabına və onun fəal iştirakı ilə inşa edilmişdi. Açılış mərasiminə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi.
Ulu öndər Heydər Əliyev: Don torpağında ucaldılmış möhtəşəm monument Rostov vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlamətidir.
Prezident İlham Əliyev: Bu, təsadüfi deyildi. Çünki Rostov vilayətini azad etmiş 416-cı Taqanroq atıcı diviziyasının döyüşçülərinin 90 faizindən çoxu əslən Azərbaycandan idi. 416-cı Taqanroq diviziyası təkcə Rostovu deyil, bütün Rostov vilayətini, o cümlədən Taqanroq şəhərini azad edib, bundan sonra diviziyaya Taqanroq adı verilib. Melitopol, Kişineu, Odessa şəhərlərini də 416-cı diviziya azad edib. Bu diviziya uğurla həyata keçirilmiş Mozdok əməliyyatında xüsusilə fərqlənib. Əslində bu əməliyyat Bakı şəhərinin faşistlər tərəfindən tutulmasının qarşısını alıb. Əks halda, Böyük Vətən müharibəsinin nəticələri fəlakətli olardı. O dövrdə cəbhə üçün yanacağın 80 faizini və sürtgü yağlarının 90 faizini Azərbaycan təchiz edirdi. Əgər Azərbaycan və onun mədənləri faşistlərin əlinə keçsəydi, müharibənin nəticəsi tamam başqa olardı.
Reportajda deyilir: Bəli, Don faşistləri təkcə ucsuz-bucaqsız məhsuldar tarlalara malik olan taxıl mənbəyi kimi cəlb etmirdi. Qafqazın qapısı, Maykopa, Qroznıya, Bakıya, daha sonra Fars körfəzinə gedən yollar buradan başlanırdı. 416-cı diviziyanın Mius cəbhəsində olduğu yarım il ərzində o, böyük itkilərə məruz qaldı, üç dəfə heyətini dəyişdi.
Prezident İlham Əliyev: Azərbaycan bizim ümumi Qələbəmizə layiqli töhfə verib. 128 Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Azərbaycanda hərbi texnika istehsal edilirdi. Müəssisələr gecə-gündüz işləyirdi. Qeyd etməliyəm ki, 416-cı diviziya Berlinin götürülməsində də fərqlənib. Kayzer Vilhelm sarayını məhz bu diviziyanın döyüşçüləri tutublar. Azərbaycanlı leytenant Məcidovun rəhbərlik etdiyi bir qrup döyüşçü isə Brandenburq darvazaları üzərinə Qələbə bayrağını sancıb.
Reportajda deyilir ki, bu nadir kadrlarda və fotoşəkillərdə 1945-ci il mayın 2-də Berlinin rəmzi üzərində Qələbə bayrağının sancılması görünür. Həmin hadisələrin iştirakçılarından biri doğma dağ kəndində 37 nəvəsinin və 19 nəticəsinin əhatəsində alay yoldaşlarını salamlayır.
İkinci Dünya müharibəsi veteranı Əliş Xəlilov: Taqanroq diviziyasının salamat qalmış bütün döyüşçülərini salamlayıram və muzeyin açılışı münasibətilə təbrik edirəm.
Prezident İlham Əliyev: Biz ümumi Qələbəmiz uğrunda canlarından keçənlərin müqəddəs xatirəsini ehtiramla yad edirik. Azərbaycanda veteranlar diqqət və qayğı ilə əhatə olunub, biz həmişə faşistlərin qəhrəmanlaşdırılmasının əleyhinə, faşizm üzərində Qələbədə Sovet İttifaqının rolu haqqında tarixi həqiqətin qorunub saxlanması naminə çıxış etmişik və edirik. Əminəm ki, bunu yeni memorialın açılması da göstərəcək. Biz çalışırıq ki, gələcək nəsillər ata və babalarımızın igidliyini unutmasınlar, onlar ümumi Qələbəmizi müqəddəs bir dəyər kimi yad etsinlər, ümumi Qələbəmizə sanballı və həlledici töhfə verənlər haqqında həqiqəti bilsinlər.
Bu memorial kompleksin açılışı münasibətilə veteranları, Rusiya və Azərbaycan xalqlarını təbrik etmək, veteranlara cansağlığı və firavanlıq arzu etmək istəyirəm.
Reportajda deyilir: Ləpirçilər Mius cəbhəsində həlak olmuş azərbaycanlıları hələ də tapırlar. Bu xiyaban burada bizim günlərdə yaranıb. Hər bir ağacın altında müəyyən edilməsi mümkün olmuş adlar yazılmış lövhəciklər var.
Arsenti Yevterev də artıq naməlum əsgər sayılmır. Onun yaxınları cəbhə xətti doğma xutora yaxınlaşanda bu ailə ilə son görüş barədə bir-birinə xatirələr söyləyirlər.
Arsenti Yevterevin nəvəsi Nataliya Qolovaç: O, uşaqlarını, həyat yoldaşını öpdü, balaca oğlunu qucağında bir qədər saxladı, ağlayaraq getdi.
Bir müddət Mius cəbhəsi barədə bilirdilər, amma susurdular. Həqiqəti söyləmək münasib hesab edilmirdi. İtkilər çox olub...
Reportajda bildirilir ki, muzey kompleksində həm veteranların ailə arxivlərindən, həm də döyüş meydanından toplanan minlərlə artefakt nümayiş olunur. Muzeyin yaradılması və fəaliyyətində ən müasir texnologiyaların tətbiqinə geniş yer verilib.

"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO"Rossiya-24" və "Rossiya-1" telekanallarının reportajlarında İlham Əliyevin müsahibəsi təqdim edilib - VİDEO

Siyasi       Tarix: 31 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber az beynelxalq bank mezenne dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat