Röyadan yeni hit - "Gəl mənimlə"
Xalq artisti Röya Ayxan "Gəl mənimlə" adlı yeni mahnı və klipini təqdim edib.
azxeber.com xəbər verir ki, sözləri, musiqisi və aranjimanı Kənan Zeynalova məxsus olan "Gəl mənimlə" mahnısını Türkiyənin məşhur rejisoru Müjdat Kupşi ekranlaşdırıb.
Böyük komandanın - Murat Tuncel, Bener Hamamçı, Giray Gergin kimi ünlülərin ərsəyə gətirdiyi klipdə Azərbaycan şou-biznesinin ulduzu Röya Ayxan tam fərqli obrazlarda görüntülənib.
Klipdə ən diqqət çəkən məqam isə sənətçinin ekstravaqant üslubda geyimləri olub.
Xalq artistinin geyimləri Türkiyənin məşhur modelyer və dizayneri Gülşah Saracoğlu tərəfindən hazırlanıb. Röyanın çılğın obrazı üzərində incəliklə işləyən modelyerin hazırladığı geyimlər klipə xüsusi rəng qatıb.
Gülbən Ərgən, Deniz Seki, Seda Sayan, Bülent Ərsoy, Demet Akalın kimi məşhur türk sənətçilərinin geyimləri üzərində imzası olan Gülşah Saracoğlu səhnəmizin pop ulduzu üçün də özəl olaraq kostyumlar hazırlayıb. Müğənninin sosial şəbəkədə yeni klipindən paylaşdığı kiçik fraqmentlər izləyicilərin böyük marağına səbəb olub.
Onlar "Gəl mənimlə" mahnısının ilin hitinə çevriləcəyini, klipin trendləri alt-üst edəcəyini yazıblar. Xalq artistinin geyimlərinin ünvanına da böyük təriflər söylənilib. Onlar Röyanın şou biznesdə öz üslubu ilə daim seçildiyini, öz obrazına böyük məbləğdə pullar xərclədiyini qeyd ediblər.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Ferhat Göçer Bakıda konsert verəcək