Ruben Vardanyanın apellyasiya şikayəti təmin edilmədi
Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsində çalışmış və sentyabrın 27-də "Laçın" dövlət sərhədinin buraxılış məntəqəsində saxlanılan Ruben Vardanyanın həbsindən verilən apellyasiya şikayəti təmin edilməyib.
azxeber.com report-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barəsində cinayət işinin istintaqı davam edir.
Bildirilib ki, separatçı milyarder kimi tanınmış Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb. Həmin qərardan Ruben Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyan barəsində həbs müddətinin uzadılması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR