Rublun zəifləməsi Qırğızıstanı vurdu: Ölkəyə daha az pul köçürüldü
2023-cü ilin iyun ayında miqrantlar Qırğızıstana 163,5 milyon dollar köçürüblər ki, bu da bir ay əvvəlkindən 10,5 milyon dollar azdır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankı məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci ilin iyun ayı ilə müqayisədə bu rəqəm 1,9 dəfə və ya 153,7 milyon dollar azalıb.
Məlumata görə, pul köçürmələrinin böyük hissəsi Rusiyanın (148,3 milyon dollar) payına düşür. Digər dövlətlərdən Qırğızıstana 6,6 milyon, ABŞ-dan isə 5,1 milyon dollar köçürülüb.
Ümumilikdə, 2023-cü ilin yanvar-iyun aylarında Qırğızıstan vətəndaşları ölkəyə 961,5 milyon dollar köçürüb. Bu, əvvəlki dövrlə müqayisədə 28,6% və ya 386,1 milyon dollar azdır.
Eyni zamanda, ölkədən xaricə 32,4 milyon dollar vəsait axını olub. Pulun əsas hissəsi Rusiyaya (30,5 milyon dollar) çıxarılıb.
2023-cü ilin altı ayında ölkədən 256,8 milyon dollar çıxarılıb ki, bu da 2022-ci illə müqayisədə 105 milyon dollar azdır.
Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında Qırğızıstana pul köçürmələrinin xalis axını 704,7 milyon dollar həcmində qiymətləndirilir. Bu, əvvəlki 6 ayla müqayisədə 281,1 milyon dollar azdır.
2022-ci ilin sonunda ölkəyə pul köçürmələrinin həcmi 2 milyard 928,2 milyon dollar təşkil edib. Qırğızıstandan isə digər dövlətlərə 1 milyard 200,7 milyon dollar köçürülüb. Xalis daxilolma 1 milyard 727,5 milyon dollar təşkil edib.
İqbal Rzayev,
KONKRET.az

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi