Ruhani: "ABŞ-ın iddiaları yalandır
"ABŞ hökumətinin İran neftini daşıyan dörd tankeri ələ keçirdikləri barədə iddiaları yalandır və rüsvayçı məğlubiyyətlərini ört-basdır etmək məqsədilə uydurulub".
Publika.az "RİA Novosti"ə istinadla xəbər verir ki, bu sözləri jurnalistlər qarşısında çıxış edən İran Prezidenti Həsən Ruhani bildirib.
İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasından sonra Birləşmiş Ştatlar tərəfi rüsvay olub və beynəlxalq sularda İran nefti daşıyan tankeri ələ keçirdikləri barədə növbəti yalan uydurublar.
H.Ruhanı vurğulayıb ki, ABŞ-ın iddiaları həqiqətə uyğun deyil.
"Tankerlər İrana məxsus deyil və İran bayrağı altında üzməyiblər", - H.Ruhani söyləyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsi 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə olmaqla qəbul olunmayıb.
Bu hadisədən bir neçə gün sonra ABŞ tərəfi İrandan Venesuelaya yanacaq daşıyan dörd tankerin yüklərini müsadirə etdiyi barədə xəbər yaymışdı.
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı