Ruhanidən İranın taleyi ilə bağlı QORXUNC AÇIQLAMA
Statistikalara görə, İran xalqının yeni tip koronavirus pandemiyasına qarşı görülən tədbirlərə riayət etmə səviyyəsi 82 faizdən 62 faizə enib.
Publika.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Qərargahının toplantısından sonrakı çıxışında deyib.
"Səhiyyə Nazirliyi tərəfindən narahatlıq doğuran statistikalar açıqlanıb. Bu durum xeyli təşviş yaradır. Bu səbəbdən böyük problemlərlə qarşı-qarşıya qalacağıq. Daha əvvəl infeksiyaya yoluxanlar yenidən xəstələnə bilər. Xalq bu qaydalarla yaşamağı öyrənməlidir. Peyvənd tapılsa belə, yeni həyat tərzinə davam edib tədbirli olmaq lazımdır", - Ruhani qeyd edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin rəsmisi İrəç Hərirçi ötən gün verdiyi açıqlamada bütün ölkənin "qırmızı bölgə" kateqoriyasında olduğunu açıqlamışdı.
İranda koronavirusa yoluxma sayı 419 min 43-ə, ölüm sayı isə 24 min 118-ə çatıb.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək