Ruhanidən SENSASİON NÜVƏ XƏBƏRDARLIĞI - Dünyanı silkələyəcək addım
ABŞ-ın 2015-ci ildə İran ilə 5+1 ölkələri arasında imzalanan nüvə razılaşmasından ayrılmasından sonra yaranan gərginlik artmaqdadır.
xəbər verir ki, ABŞ-ın İrana son dəfə sanksiya tətbiq etməsindən sonra rəsmi Tehrandan ard-arda açıqlamalar gəlir.
Belə ki, İran prezidenti Həsən Ruhani nüvə razılaşmasının əhəmiyyətini itirməsindən sonra dördüncü addım atdıqlarını açıqlayıb. Prezident ölkəsinin artıq "Fordow"dakı sentrifuqaları istifadə etməyə başlayacaqlarını deyib.
Xatırladaq ki, rəsmi Tehran ABŞ-ın razılaşmadan geri çəkilməsindən sonra öhdəliklərindən bir-bir imtina etmiş və yenidən nüvə istehsalına başlamışdı.
Ötən gün İran Atom Enerjisi Qurumunun rəhbəri Əli Əkbər Salehi 30 ədəd təkmilləşdirilmiş IR-6 sentifruqa istehsalına başlayacaqlarını açıqlamışdı. O, uranın istehsal miqdarının 450 qramdan 5 kiloqrama qədər artırılacağını demişdi.
Sentrifuqa nədir?
Son illərdə genişlənən biotexnologiya işləri əksər zaman laboratoriya mühitində gerçəkləşir. Bu işlər üçün xüsusi cihazdan istifadə edilir. Adı isə sentrifuqadır. Cihaz 1864-cü ildə Antonin Prandtl adlı elm adamı tərəfindən icad edilib. Həmin vaxt sentrifuqadan südün qaymaqdan ayrılması üçün istifadə edilib. Hazırda isə cihazdan müxtəlif məqsədlərlə istifadə edilir.
Sentrifuqanın iş prinsipi çəkiləri arasında fərq olan maddələrin sınaq balonlarına tökülərək fırladılması üzərində qurulub. Son dərəcədə yüksək sürətlə fırladılan cihaz qravitasiya qüvvəsinə bağlı olaraq iki maddəni bir-birindən ayırır.
Zümrüd /publika.az

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib