Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb

Ruhəngiz Musəvi: Ruhəngiz Musəvi: "Ailəmi Sevda dağıtmayıb"
"Birinci həyat yoldaşımla 10 il yaşadım. Onunla ayrılandan bir il sonra ikinci dəfə ailə qurdum. Bu ərəfədə də mənim birinci ərim, həmkarım Sevda Əliqizı ilə ailə qurdu. Birinci ərim gördü ki, mən başqa bir kişi ilə ailə qurmuşam, o da bu cür addım atdı. Birinci ərim çox gözlədi məni. Anası düşündü ki, bu məndən ayrılandan sonra kənar yerə gedəcək. Ona görə dedi ki, qohumla evlənsin, amma uzağa getməsin, yanımda qalsın. Qohumu ilə evlənsə də o, xalama zəng vurub deyirdi ki, Ruhəngizsiz qala bilmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi verilişlərin birində deyib.
Sənətçi bildirib ki, birinci həyat yoldaşı ilə ayrılandan sonra qızına görə onunla yenidən barışıb:
"Birinci həyat yoldaşım məndən ayrılmaq istəmirdi. Uşağıma görə onunla barışdım. Onun özünə də dedim ki, qızıma görə səninlə barışıram. Amma gördüm ki, bizdə alınmır... O insan məni həddən artıq çox istəyirdi və sevirdi. İnsanlar itirəndən sonra insanın qədir-qiymətini bilirlər".
R.Musəvi həmkarı Sevda Əliqızının onun həyat yoldaşı ilə ailə qurması haqqında bunları deyib:
"Bir yerdə verilişlərə çıxırdıq. Bizi görənlər təəccüblənirdi. Deyirdilər ki, "axı bu necə olur…" Çünki mən ikinci dəfə ailə qurmuşdum, Sevda da onunla ailə qurmuşdu. Verilişlərdə qonaq olarkən görüşürdük. Sevdanı mənim sənət dostum kimi qəbul edirdim.
Düz danışan insanam. O, yox, Sevda xanım onunla özü ayrıldı. Onların evliliyi 10 il çəkdi. Birinci ərim Sevda ilə ailə quranda qızım onların evinə gedib-gəlirdi. Amma "səninlə barışıb sənə dönmək istəyirəm" kimi şeylər demirdi. O şəxs Sevda ilə 10 il birgə yaşadı daha sonra başqa bir qadınla ailə qurdu. Yenə də kişidir də... Üçüncü arvadından övladı da var. Yenə də deyirəm, Sevda mənim ailəmi dağıtmayıb". / oxu.az

Şou Biznes       Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat son xeber.az son xeber az cəbhədən görüntüleri