Ruhi dispanserə aparılan Dilan Polatın vəkilindən xəbərdarlıq: "İflic ola bilər" - FOTO
Ruhi dispanserə aparılan Dilan Polatın vəkilindən xəbərdarlıq: "İflic ola bilər" - FOTO
Çirkli pulların yuyulmasına görə həbs olunan türkiyəli fenomen Dilan Polatın səhhətində ciddi problemlər yaranıb.
Bu barədə onun vəkili Hüseyn Kaya xəbər verib.
Onun sözlərinə görə, həbsxana kamerasının çox rütubətli olması səbəbindən Dilan Polatda oynaq ağrıları başlayıb.
"Dilan uşaqlarına görə çox narahatdır. Ona görə də müvəkkilimin psixologiyasının pisləşdiyini düşünürəm. O, yeriməkdə çətinlik çəkir. Mənimlə görüşəndə dedi ki, üzündə uyuşma var. Düşünürəm ki, bu da streslə bağlıdır".
Vəkili məşhur bloqerin iflic ola biləcəyin deyib.
"Bütün baş verənlər onun psixologiyasına çox mənfi təsir edib, ciddi fiziki ağrılar keçirir. O, psixoloji məyusluq yaşayır. Üzündə vaxtaşırı uyuşma olur. Vəkili olaraq bu barədə həkimlərdən soruşduqda onlar müvəkkilimin belə təzyiqlə iflic olma ehtimalının böyük olduğunu dedilər", - deyə Hüseyn Kaya xəbərdarlıq edib.
Qeyd edək ki, məşhur bloqer ağır stres keçirdiyi üçün bir neçə gün öncə Psixi və Əsəb Xəstəlikləri Xəstəxanasına aparılıb. Orada müayinələrdən sonra yenidən həbsxanaya qayrtarılıb.


Mənbə: Hurriyet / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var