Ruhu yaralı qadın – Gülər Mübariz yazır

Ruhu yaralı qadın – Gülər Mübariz yazırXocalı soyqırımı zamanı səkkiz gün erməni əsirliyində qalan  Dürdanə Ağayevanın ölüm xəbəri məni sarsıtdı. 8 gün cəhənnəm əzabına şahidlik edən məğrur qadın xəstəlik qarşısında aciz qaldı.  52 yaşlı Dürdanə xanım onkoloji xəstəliyin caynağından xilas ola bilmədi…
Xəbəri oxuyandan düşüncələrim əsir düşüb, əsir qadın…
Səndən yazsam, gecmi olar? Yarana məlhəm ola bilmədik, illər qaysaq bağlatdırdı sadəcə. Yaşana biləcək faciənin ən acısı ilə başladın həyata; gəncliyinin çiçək açacağı bir dövrdə yaddaşlardan silinməyəcək bir acı ilə atıldın həyata, kül olmuş bir kimliyə bürünərək ayağa qalxdın.
İndi bu yarandan yazsam, çoxmu gec qalmış sayılaram? Atdığım daş topuğuna da dəyməz, bilirəm. Yaralı qadın, dərdi bütün dərdlərdən ötə sayalı qadın. Torpağına qovuşdun, söndümü qəlbinin atəşi, bəxti qaralı qadın?
Xatırlayaqmı birdə o yaraları? Tanıyaqmı birdə səni?
Çətik meşəsinə qaçan əliyalın sakinlər arasında 20 yaşlı Dürdanə Çingiz Mustafayevin Xocalı qurbanlarını çəkdiyi yerdə yaralanmışdı. Qardaşı Eldarla birgə əsir götürülmüşdü.
Ayağından güllə yarası alan Dürdanənin 8 gün erməni zindanında nələrə məruz qaldığını düşünmək belə insanın qanını dondurarkən sən nələr yaşadın, qadın? Əslində bilirəm, amma yaza bilmirəm; nə əlim gəlmir, nə də qəlbim dözmür.
Başına gələn bütün müsibətlərə baxmayaraq D.Ağayeva əsirlər geri qaytarılanda qardaşına görə gizlənərək ermənilərin əlində qalmağı seçəcək qədər azərbaycanlı qadını idi—içi ailə sevgisi ilə dolu. Qardaş sevgisi onu Xocalı qurbanlarından etdi, amma peşman etmədi: "Mən xoşbəxt bacıyam ki, işgəncələrə, təhqirlərə, sağlamlığımı itirməyimə baxmayaraq qardaşımı əsirlikdən çıxara bildim".
Əsgərandakı həmin zirzəmidə 50-60-a yaxın qadın və uşaq vardı. Onları o əsirlikdən Milli Qəhrəman Allahverdi Bağırov xilas edir. D.Ağayevanın sözlərinə görə, A. Bağırov onları bir gecənin içərisində benzinə, siqaretə geri almışdı.
"Gəncliyim, cavanlığım orada getdi. Erməni mənim keçmişimi də, gələcəyimi də paramparça etdi". Sənin bu sözlərini eşidən bütün azərbaycanlılar boğuldular sanki, illərlə üzünə çıxa bilmədilər. Bu ağırlıq hamımıza yara oldu, başımızın sinəmizdəki yeri oldu, gözümüzün xəcalətdən zilləndiyi torpaq oldu.
"Sən türk olmağının cəzasını çəkəcəksən." deyib çəkdirdilər, amma məğlub edə bilmədilər. Əydilər, sındıra bilmədilər insan adına ləkə gətirənlər. Sən öz qadınlığınla onların bütün kişilərindən üstün idin, elqızı. Dərdinə qadınlar qurban, zəif sayılıb əzilən qadınlar. Sən qadın adına biçilən zəiflik donunu artıq yük kimi atdın üzərindən, özünə yaraşanı seçdin. Sən bizə-Azərbaycan qadınına örnək oldun, gücün simvolda yox, xarakterdə,mənlikdə olduğunu sübut etdin.
Ruhun haqqın rəhmətinə azad və bütöv Azərbaycanda qovuşdu, torpağına qalib qayıtdın, ərklə açdın yurdunun cənnət qapısını. Rahatsanmı daha? Hər insan ölümü dadacaqdır,əlbət, sənin vaxtsız gedişindən çox, çəkdiklərin yandırır bizi, biləsən. Qadın olaraq ölümünə yox, zülümünə ağlayıram. Göz yaşımız cənnətində halalın, rahatlığın olsun, qarabağlım.
Gücündən güc alanların heç biri oxşar tale yaşamasın, Allah birdə bu acını yaşatmasın xalqıma. Başın sağ olsun, Xocalım…
Gülər Mübariz / azxeber.com

Sosial       Tarix: 10 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun iqtisadiyyat xeberleri bugun xeberler bugun kriminal xeber