Rumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLAR

Rumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniyanın nüfuzlu KİV-ləri, "AGERPRES" milli xəbər agentliyi, "Ultima ora" qəzeti, "news24hours" xəbər portalı və bunlara istinadən digər KİV-lər Şuşa şəhərində keçirilən Qlobal Media Forum barədə davamlı məqalələr, videolar yayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə cümə günündən bazar gününə kimi keçiriləcək tədbirlərdə kütləvi informasiya vasitələri və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə aktual mövzuların müzakirə olunduğu qeyd edilir. Bildirilir ki, Milli Mətbuat Günü münasibətilə tədbir Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 50 ölkədən olan 120 media qurumunu təmsil edən 200-dən çox qonaq, o cümlədən AGERPRES-in baş direktoru Klaudiya Nikolae ilə də görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin müstəqilliyi cəmiyyətin inkişafı üçün ən mühüm şərtlərdən biridir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edir, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı yüksək templə irəliləyir. Bildirilir ki, Prezident Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib. Bu kontekstdə o, Ankaranın sabitləşdirici rol oynadığını və gələcəkdə qlobal məsələlərdə, xüsusən də bu regionda Türkiyənin rolunun çox əhəmiyyətli olduğunu vurğulayıb.
Yazılarda qeyd olunub ki, kütləvi informasiya vasitələri sahəsində beynəlxalq forumun açılış mərasimindən sonra keçiriləcək sessiyalarda iştirakçılar rəqəmsal əsrdə və transformasiyada jurnalistika və kommunikasiyanın yeni alətləri, müasir informasiya kontekstində media idarəçiliyi və davamlı media biznes modellərinin yaradılması, media təhsili, dezinformasiya və saxta xəbərlərlə mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər barədə müzakirələr aparacaqlar. Qlobal Media Forum çərçivəsində bir sıra sərgilərin və təlimlərin keçirilməsi də planlaşdırılır.
Diqqətə çatdırılıb ki, "AGERPRES" Rumıniya milli agentliyinin baş direktoru Klaudia Nikolae, bazar günü jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş sessiyada müzakirələrə qoşulacaq, çıxış edəcək.
Rumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLARRumıniya mətbuatı Şuşada keçirilən Qlobal Media Forumundan yazıb - FOTOLAR/ azxeber.com

Siyasi       Tarix: 24 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber az meherremlik 2026 sou xeberler bugun son xeberler az