Rumıniyada NATO-nun Avropadakı ən böyük bazasının tikintisinə başlanılıb
Rumıniyada 10 min əsgər üçün nəzərdə tutulmuş Avropanın ən böyük NATO bazasının tikintisinə başlanılıb.
KONKRET.az Euronews-a istinadən xəbər verir ki, obyektin tikintisi 2,5 milyard avro dəyərində qiymətləndirilir.
Sahəsi 2,8 min hektar olacaq baza Qara dənizdə Rumıniyanın liman rayonu olan Konstansada yerləşəcək. Onun infrastrukturu NATO-nun artıq mövcud olan "Mixail Kogalniceanu" aviabazasının əsasında qurulur. Yeni bazada uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar yerləşəcək.
Rumıniyalı ekspert Dorin Popesku bazanın tikintisi ilə bağlı qərarın Ukraynada hərbi münaqişə fonunda verildiyini iddia edir. Hazırda Mixail Koqalniçeanu aviabazasında 5 minə yaxın hərbi qulluqçu yerləşdirilib, onların əksəriyyəti amerikalılardır.
Qeyd edək ki, martın əvvəlində Albaniyada NATO-nun Qərbi Balkanlarda ilk bazası açılıb. Hava bazası paytaxt Tiranadan 80 km cənubda yerləşir və alyansın bu ölkədəki ən böyük layihəsidir. Yerli hakimiyyət orqanlarının fikrincə, bu, Albaniyanı Rusiyadan qorumaq üçün nəzərdə tutulub. Yanvar ayında NATO-nun baş katibi Yens Stoltenberq Rusiyadan heç bir ani təhdid görmədiyini bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi