Rus bölməsində nəzarət gücləndirilir: Şagirdlər Azərbaycan dilində imtahan verəcəklər

Rus bölməsində nəzarət gücləndirilir: Şagirdlər Azərbaycan dilində imtahan verəcəklərAzərbaycanda tədrisin digər dillərdə aparıldığı siniflərdə bir sıra fənlər dövlət dilində keçiriləcək. Bununla bağlı tədbirlər planı hazırlanıb. Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 6-da keçirilən mətbuat konfransında prosesin bir sıra detallarını açıqlayıb.
Nazir çıxışında xüsusilə rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dilində danışa bilməməsini tənqid edib. "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir", - deyə o bildirib. Emin Əmrullayev bununla bağlı nəzarət tətbiqinin artırılacağını və 9 il Azərbaycan dili keçən uşaqların Azərbaycan dilində danışa bilməmələrinin səbəbinin araşdırılacağını vəd edib. Məlumata görə, rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq. 
Qeyd edək ki, bundan əvvəl oxşar mövzu sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunda gündəmə gəlib. Forumda çıxış edən nazir Emin Əmrullayev tədris dilindən asılı olmayaraq, Azərbaycandakı bütün məktəblərin Azərbaycan məktəbləri olduğunu bildirib. O əlavə edib ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var, lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Nazir bunu "sevindirici hal" adlandırıb.
Modern.az tədris digər dillərdə aparıldığı siniflərlə bağlı yeni dəyişikliyin detallarını öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu göndərib.
Nazirlikdən bildirilib ki, ötən illərdə tədris digər dillərdə aparılan siniflərdə təhsil alan şagirdlərin Azərbaycan dilini - dövlət dilini bilmə səviyyəsinin yoxlanılması məqsədilə monitorinqlər aparılıb, nəticələri təhlil olunub. Növbəti illərdə də belə monitorinqlərin aparılması nəzərdə tutulur.
"Şagirdlərin dövlət dilini lazımi səviyyədə öyrənməsinə şərait yaratmaq məqsədilə 2021-2022-ci tədris ilindən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrinin 5-ci siniflərindən başlayaraq "Azərbaycan dili - dövlət dili kimi" fənninə ayrılan saatlar artırılıb. Hazırda bu proses mərhələli şəkildə davam etdirilir", - deyə açıqlamada vurğulanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan X-XI siniflərində "Çağırışaqədərki hazırlıq" fənni,  IX siniflərində "Zəfər tarixi", pilot məktəblərin VIII siniflərində "Ortaq türk tarixi" kursları Azərbaycan dilində tədris olunur. Musiqi fənnində Azərbaycan nəğmələri orijinalda ifa edilir.
"Növbəti illərdə daha hansı fənlərin və dərsdənkənar məşğələlərin dövlət dilində - Azərbaycan dilində tədris edilməsi məsələsi müzakirə olunur", - deyə məlumatda bildirilib.
Rus bölməsində təhsil alan şagirdlərin ana dilində tədris edilən fənlərin qəbul imtahanı zamanı hansı dildə olacağı da müzakirə edilən mövzulardan biridir. Nazirlik qeyd edib ki, hazırda Azərbaycan tarixi fənnini Azərbaycan dilində öyrənən təhsilalanlar gələcəkdə qəbul imtahanı verərkən onlara həmin fənn üzrə imtahanın Azərbaycan dilində aparılması nəzərdə tutulur.
Emin Əmrullayev mətbuat konfransı zamanı məlumat verib ki, bəzi fənlərin Azərbaycan dilində tədris olunması 100-ə yaxın məktəbdə tətbiq ediləcək.
"Elm və Təhsil Nazirliyinin 13.09.2022-ci il tarixli F-544 nömrəli əmrinə əsasən, 2022-2023-cü tədris ilindən müəyyən edilmiş 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan V siniflərindən başlayaraq "Azərbaycan tarixi" fənni pilot qaydada dövlət dilində - Azərbaycan dilində tədris olunmağa başlayıb. Elm və Təhsil Nazirliyinin 18.08.2023-cü il tarixli 3-29/3-2-509F/2023 nömrəli əmri ilə bu məktəblərin sayı 100-ə çatdırılıb və əmrin surəti həmin müəssisələrə göndərilib. Məktəblər seçilərkən ölkənin bütün bölgələrinin əhatə olunması diqqətdə saxlanılıb", - deyə nazirlikdən bildirilib. / azxeber.com

Sosial       Tarix: 09 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər kriminal bugun xəbər.az cəbhədən son xeber