Rus qazından tamamilə imtina Avropaya nəyin bahasına başa gələcək? – İLGİNC AÇIQLAMA - ÖZƏL

Rus qazından tamamilə imtina Avropaya nəyin bahasına başa gələcək? – İLGİNC AÇIQLAMA - ÖZƏLAvropa İttifaqı Rusiya qazı və nefti ilə bağlı qərar verib. Belə ki, Avropa Birliyi Rusiya neft və qazından ümumiyyətlə imtina etmək haqda düşünür. Bəs bu addım Avropanın neft və qaz təchizatında hansı fəsadlara səbəb ola bilər?.
Mövzunu KONKRET.az-a şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevin sözlərinə görə, nəzəri cəhətdən Rusiya qazından imtina  mümkün olsa da, praktikada həyata keçən bir məsələ deyil: "Avropanı Rusiya qazı olmadan təsəvvür etmək çətindir. Çünki Avropanın bir çox ölkələri, əsasən də şərq hissəsi Rusiya qazından yüksək səviyyədə asılıdır. Avropa İttifaqı, eyni zamanda Beynəlxalq enerji Agentliyi bu yaxınlarda Rusiya qazının idxalının məhdudlaşdırılması ilə bağlı 10 maddədən ibarət tədbirlər paketi tərtib edib. Hesab edirəm ki, bu, qarşdakı aylarda özünü göstərəcək. Çünki keçən il dünyanın illik təbii qaza olan ehtiyatı 4 trilyon, 200 milyard kub metrdən yuxarı olub. 2021-ci ildə Rusiyanın Avropaya qaz ixracına nəzər yetirsək ciddi rəqəmlər görə bilərik. Ötən il Qazprom Avropa ölkələrinə toplam 155 milyard kub metr qaz ixrac edib. Bunun 75 milyard kub metri Şimal-Qərbi Avropaya, o cümlədən Skandinaviya ölkələrinə ( Böyük Britaniya daxil), 55 milyard kub metr Şərqi Avropa, o cümlədən Baltikyanına ( Moldova daxil), 25 milyard kub metri isə digər Qərb dövlətlərinə  ixrac edilib. Təsəvvür edin ki, bu il Avropanın illik qaza olan tələbatı 527 milyard kub metr civarında olacaq. Bunun 40 faizi daxili hasilat hesabına ödəniləcək. 112 milyard kub metri Norveçdən idxal ediləcək. 105 milyard kub metrdən yuxarı isə mayeləşmiş təbii qaz şəkilində (LNG teriminalları vasitəsilə) idxal edilməlidir".
Rus qazından tamamilə imtina Avropaya nəyin bahasına başa gələcək? – İLGİNC AÇIQLAMA - ÖZƏLZəfər Vəliyev əlavə edib ki, LNG terminallarının layihələşmiş təbbi gücü 220 milyard kub metrdən yuxarıdır: "Lakin Avropa ölkələri arasında birləşdirici qaz kəmərlərinin məhdud olması, vahid bir mavi yanacaq nəqli sisteminin formalaşmasına əngəl törədir. Əgər Avropa Rusiya qazından imtina edəcəksə, o zaman enerji qənaəti istiqamətində effektivliyi artırmalı, Atom elektrik stansiyalarının gücündən maksimum istifadə etməli, hidroenergetika mənbələrindən yararlanmalıdır. Bu halda Rusiya qazının idxalında müəyyən həcmdə ixtisarlar ola bilər. Mütəxəssislər hesablayırlar ki, həm günəş, həm külək, həm də nüvə  enerjilərinin gücündən istifadə etməklə 50 milyard kub metr qaza qənaət etmək mümkündür. Amma bütövlükdə Rusiya qazından imtina mümkün olan məsələ deyil. Ən yaxşı halda Avropanın yeraltı qaz anbarlarına 90 milyard kub metrdən çox qaz vurmaq lazımdır ki, istilik mövsümü normal yekunlaşsın. Amma Avropa ölkələri gələcəkdə Ələt kəmərlərinin ötürücülük gücünü artıra bilərlər. Eyni zamanda Azərbaycandan idxal edilən qaz həcmlərində müəyyən artımların olması mümükündür. Avropa eyni zamanda öz aktivində olan qaz yataqlarından da maksimum istifadə etməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az  
 

Sosial       Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026