Rus senator: "Bu ölkələr ABŞ-ın müasir dünyaya rəhbərlik hüququnu tanımır"
Rus senator Aleksey Puşkov koronavirus pandemiyasından sonra milli dövlətlərin rollarını və sosial çəkilərini gücləndirəcəyini, qlobalizmin isə bu doktrinanın hər iki tərəfini tanıyan cəmiyyətlərin obyektiv ehtiyacları ilə məhdudlaşacağını deyib.
Publika.az-ın məlumatına görə, Puşkov bu barədə "Rossiyskaya qazeta" üçün yazdığı məqalədə qeyd edib və dünyanı təsir dairəsinə alan pandemiyadan sonra dəyişəcək siyasi inkişaflar, tarazlıqlar barədə proqnozlar verib.
Rusiya, Türkiyə, Çin, Hindistan, İran və bir çox başqa ölkələrin ABŞ-ın müasir dünyadakı rəhbərlik etmə haqqını tanımadıqlarına diqqət çəkən Puşkov, "çoxqütblü dünya" konsepsiyasını dəstəkləyən insanların sayının getdikcə artdığını bildirib.
Rusiyalı senator bu konsepsiya çərçivəsində beynəlxalq siyasətə hər kəsdən daha çox təsir edən üç böyük ölkənin ön plana çıxdığını, beləliklə gələcəkdə dünyanın "üçqütblü" olacağını söyləyib: "Bərabərbucaqlı üçbucağın iki zirvəsi olan Rusiya və Çin, ABŞ-ın təmsil etdiyi üçüncü təpədən bir-birinə daha çox yaxındır. Bu, ABŞ-ın hələ də bir çox sahədə saxladığı üstünlüyünə qismən də olsa təsir göstərəcək. Qlobal dünya ilə vidalaşmayacağıq, amma dünya fərqli olacaq. Buradakı həyatımız da fərqli olacaq".
Akqabay

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək