Rusiya ABŞ-dakı səfirini geri çağırdı - QƏRAR VERİLƏCƏK
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov, ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib", deyə M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden "ABC" telekanalına verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da prezident seçkilərinə "müdaxilənin əvəzini ödəyəcəyini" söyləmişdi. Bayden yanvar ayında rus həmkarını mümkün nəticələr barədə "xəbərdar etdiyini" bildirmişdi.
Xatırladaq ki, martın 16-da ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi Moskvanın Donald Trampın yenidən seçilməsinə kömək etmək, Baydeni nüfuzdan salmaq və Amerika cəmiyyətinə "nifaq toxumu səpmək" cəhdində günahlandırıldığı elan etmişdi. Sənədə görə, bu əməliyyatların "bir qrup Rusiya hökumət təşkilatı" tərəfindən həyata keçirildiyi iddia edilir.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər